Yuxarı

Tramp gəlsə, dünya dəyişəcək: Rusiya da… - Dubrovski

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tramp gəlsə, dünya dəyişəcək: Rusiya da… - Dubrovski

ABŞ-da seçkilərin nəticələri dünyanın ümumi vəziyyətinə, o cümlədən ölkənin Rusiya ilə münasibətlərinə təsir edəcək. ABŞ-ın keçmiş prezidenti Tramp yenidən seçilərsə, onun iki illik sükutu pozaraq Moskva ilə kontakt quracağını gözləmək olar.

Axar.az xəbər verir ki, bunu rusiyalı siyasi strateq və analitik Pavel Dubrovski deyib.

Onun fikrincə, Trampın Ukraynada xüsusi hərbi əməliyyatı dayandırmaq üçün səy göstərəcəyini gözləmək olar:

“O, həmçinin sanksiyaların təzyiqini azaltmağa çalışacağını vəd edib, lakin çox şey gözləməyə dəyməz, çünki belə məsələlər konqresmenlərin razılığı ilə həll olunur. İkinci mühüm məqam odur ki, Tramp Rusiya ilə öz maraqlarından çıxış edən digər regional güclər kimi davranacaq. “America First”, yəni adi izolyasiyaçılıq birinci yerdə qalacaq".

Ekspert xatırladıb ki, respublikaçı namizəd Rusiya ilə Ukrayna arasında danışıqları dəstəklədiyini dəfələrlə bəyan edib.

Politoloq hesab edir ki, Demokratlar Partiyasının nümayəndəsi Harris qalib gəlsə, Vaşinqton Ukrayna qüvvələrini maliyyələşdirməyə davam edəcək:

“Harris qalib gəlsə, Kiyevi dəstəkləməkdə indiki vəziyyətdən heç bir xüsusi dəyişiklik və ya fərq olmayacaq. Harrisin danışıqlar baxımından tərəflərə nə təklif edə biləcəyi bəlli deyil, ona görə də çox güman ki, o, hazırkı lider Baydenin siyasətini tam şəkildə davam etdirəcək”.

Tarix
2024.11.05 / 22:46
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevlə Ərdoğan Antalyada bunu nümayiş etdirdilər - Yılmaz

Yeni Konstitusiyanın qəbulu Ulu Öndərin adı ilə bağlıdır

Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım etdi

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla