Yuxarı

Tramp qalib gələcək, prezident isə Harris olacaq - Vasserman

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tramp qalib gələcək, prezident isə Harris olacaq - Vasserman

ABŞ-da prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Tramp daha çox səs toplayacaq, lakin qələbə onun demokrat rəqibi Kamala Harrisə veriləcək.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Anatoli Vasserman deyib.

O, səsvermənin nəticələrinin artıq onun üçün aydın olduğunu vurğulayıb:

"Seçkilərdə ən çox səsi Tramp alacaq, lakin Harris qalib elan olunacaq. 2020-ci ildəki ssenari təkrarlanacaq".

Parlamentari xatırladıb ki, dörd il əvvəl Co Bayden qalib gələndə, seçki məntəqələrində respublikaçılara səs verməyə və ya səslərin hesablanmasını yoxlamağa icazə verməyən ABŞ Demokratlar Partiyasının fəalları toplaşmışdı.

Vasserman həmçinin bildirib ki, Rusiya üçün Kamala Harris münasibdir, çünki ABŞ mümkün qədər parçalanacaq və o, ölkəni vətəndaş müharibəsinə aparacaq.

Qeyd edək ki, bu gün ABŞ-da prezident seçkiləri keçirilir.

Tarix
2024.11.05 / 23:19
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvandan TRİPP-lə bağlı mühüm açıqlama

Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu

XİN Türkiyəyə başsağlığı verdi

Türkiyədə helikopter qəzası: 5 hərbçi şəhid oldu - Video

Ermənistandakı bu layihəni alqışlayırıq

Layihələrimiz Avropa üçün strateji əhəmiyyət daşıyır

Bakı və Tiflis daha 18 sənəd imzalayacaq - Nazir

Boçorişvilinin qəbulu ilə bağlı videoçarx paylaşıldı - Video

Azərbaycan və Gürcüstan XİN rəhbərləri görüşdü

Sərdar Kılıç buna görə Paşinyanı təriflədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla