Yuxarı

Qallantın istefasına görə İsraildə toqquşma yaşanır - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qallantın istefasına görə İsraildə toqquşma yaşanır - Video

İsraildə Baş nazir Netanyahunun müdafiə naziri Yoav Qallantı vəzifədən azad etməsindən sonra başlayan aksiya genişlənib.

Axar.az xəbər verir ki, nümayişçilər Təl-Əvivdə Ayalon şossesində od yandırıb, həmçinin yollarda nəqliyyatın hərəkətinə maneə törədirlər.

Etirazçılar Netanyahunun iqamətgahı qarşısında da toplaşıblar.

İsrail telekanalının 12-ci kanalı xəbər verir ki, etirazçılarla polis və bağlanan yollarda ilişib qalan sürücülər arasında toqquşma yaşanır.

Qeyd edək ki, Netanyahu az öncə müdafiə naziri Yoav Qallantı vəzifədən azad edib və onun yerinə XİN başçısı İsrail Katzı təyin edib. XİN başçısı vəzifəsi isə portfelsiz nazir Gideon Saara təklif edilib.

Müxalifət müharibə gedən ölkədə müdafiə nazirinin işdən çıxarılmasına etiraz edib və aksiyalar başlayıb.

Tarix
2024.11.06 / 01:06
Müəllif
Axar.az
Digər xəbərlər

Hər bir azərbaycanlı müstəqil dövləti ilə qürur duyur!

Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi - Foto

Nəsimi Ermənistana hansı silah-sursatla keçib?

Almaniya xarici işlər naziri Azərbaycana gəlir

Hacıyev AB-nin yüksəkvəzifəli rəsmiləri ilə görüşdü

Tramp-Putin-Si görüşü: dünyada nə dəyişəcək?

İlham Əliyevdən 17 Noyabrla bağlı paylaşım

Azərbaycanda Milli Dirçəliş Günüdür

Hikmət Hacıyev AB-nin xüsusi nümayəndəsi ilə görüşdü

Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla