Yuxarı

Şolts naziri 18 səhifəlik hesabata görə işdən çıxartdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şolts naziri 18 səhifəlik hesabata görə işdən çıxartdı

Almaniya kansleri Olaf Şolts koalision hökumətdəki ortaqlarından olan maliyyə naziri, Azad Demokratik Partiyanın (FDP) sədri Xristian Lindleri işdən çıxardığını elan edib.

Axar.az xəbər verir ki, bu barədə mətbuat konfransında məlumat verən Kansler yanvarın 15-də federal parlamentdə hökumətə etimad səsverməsinin keçiriləcəyini bildirib.

Etimad səsverməsinin nəticələrinə əsasən, gələn il sentyabrında keçirilməli olan parlament seçkiləri daha əvvəl baş tuta bilər.

Kansler parlamentin gündəliyində yer alan bütün məsələləri Yeni il bayramına qədər səsverməyə çıxaracaqlarını, pensiyaların artırılması, sənaye sahəsində təcili addımların atılması və digər mövzuların bu çərçivədə müzakirə olunacağını deyib.

Qeyd edək ki, Xristian Lindnerin kansler Olaf Şoltsa və Yaşıllar Partiyasını təmsil edən vitse-kansler Robert Habekə göndərdiyi, iqtisadi sahədə ciddi dəyişiklikləri nəzərdə tutan 18 səhifəlik hesabatın mətbuatda yayılması koalision hökumətdə ciddi böhrana səbəb olub.

Tarix
2024.11.07 / 02:43
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla