Yuxarı

Abxaziya böhranı: KQB agenti dəyişdirilir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Abxaziya böhranı: KQB agenti dəyişdirilir

Qondarma Abxaziya müxalifəti təcili referendum keçirilməsi üçün 19.314 imza toplayıb.

Axar.az xəbər verir ki, toplanan imzalar "Mərkəzi Seçki Komissiyası"na təqdim edilib. Müxalifət referendumda ölkədə vaxtından əvvəl prezident seçkisi keçirilməsini səsverməyə çıxarmaq istəyir. Onlar hazırkı "prezident" Raul Xadjimbanın üzərinə götürdüyü öhdəliklərin heç birini yerinə yetirmədiyini bildirirlər.

Qeyd edək ki, Xadjimba 2014-cü ildə qondarma qurumun lideri seçilib. Dövlət Təhlükəsizlik Komitəsinin keçmiş əməkdaşı olan Xadjimba millətçi siyasəti ilə seçilir. O, Gürcüstan və gürcülərə qarşı sərt siyasət yürüdür. Xadjimba həmçinin Abxaziyanın Rusiyaya birləşdirilməsinin əleyhdarı kimi tanınır. Məhz onun dövründə Moskva qondarma rejimlə hərbi müttəfiqlik haqqında müqavilə imzalayıb.

Abxaziya Gürcüstan ərazisidir. Bu ərazi 90-cı illərin əvvəllərində Rusiyanın separatçılara verdiyi dəstəkdən sonra Tiflisin nəzarətindən çıxıb.

Tarix
2016.04.23 / 18:16
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan-AB münasibətlərində yeni mərhələ...

Transsərhəd çaylarla bağlı xəbərlərə irad

Bakı Dublində qəbul edilən üç mühüm sənədə qoşulmadı

Putinin buna razılıq verəcəyini gözləyirik - Merz

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla