Yuxarı

Bu prezident çıxış edəndə Ərdoğan zalı tərk etdi - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu prezident çıxış edəndə Ərdoğan zalı tərk etdi - Video

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən Ər-Riyadda keçirilən İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasının növbədənkənar Zirvə toplantısında liderlərə müraciət edib.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, Ərdoğan müsəlman ölkələrini İsrailə qarşı birgə hərəkət etməyə çağırıb.

Sammitin əsas prioriteti ərəb və islam ölkələri arasında mövqe birliyi yaratmaqla İsrailə beynəlxalq təzyiqlərin edilməsinə çalışmaq olub.

Ərdoğan Qərb dövlətlərinin Qəzzada qətliam törədən İsrailə verdiyi siyasi və hərbi dəstəyi xatırladıb. O, müsəlman ölkələrinin reaksiya verə bilməməsinin vəziyyəti daha da pisləşdirdiyinə diqqət çəkib.

Türkiyə prezidenti daha çox ölkəni Fələstini tanımağa təşviq etməyin vacibliyinə də diqqət çəkib.

Suriya Prezidenti Bəşər Əsədin çıxışı zamanı Ərdoğanın zalı tərk etməsi isə diqqət çəkən məqam olub.

Qeyd edək ki, Ərdoğan Ər-Riyaddan COP29-da iştirak etmək üçün Bakıya gəlib.

Tarix
2024.11.12 / 22:14
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan parlamenti TRİPP-i ratifikasiya etdi

Bu, beynəlxalq aləmdə ən böyük təhdiddir - Deputat

TBMM-dən Məkkə Sazişi ilə bağlı ilk qərar

TÜRKPA baş katibi Binəli Yıldırımla görüşdü

İstefadan sonra Saral səhifəsində bunları etdi - Foto

İlham Əliyev Petr Pavelə məktub göndərdi

Dialoq sadəcə diplomatik ünsiyyət vasitəsi deyil

Bakıda İƏT-in mühüm tədbiri başladı

Azərbaycanın dostu da parlamentə düşdü

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla