Yuxarı

Putinin köməkçisi: Rusiya aqressor dövlətdir - Siyahı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidentinin keçmiş köməkçisi Andrey İllarionov maraqlı məqalə ilə çıxış edib.

"Axar.az"ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, o, hüquqi sənədlərin kriteriyalarına istinad edərək, keçmiş Sovetlər Birliyi və onun varisi sayılan Rusiya Federasiyasını ötən əsrin ən aqressor ölkəsi sayıb və təcavüzə qalan ölkələrin siyahısını tərtib edib. İllarionov aqressor dövlət anlayışının müəyyənləşdirilməsi indiqatoru kimi 1933-cu ildə imzalanan London Konvensiyasını əsas götürüb.

Xatırladaq ki, beynəlxalq müqavilə ona imza atan ölkələr qarşısında hüquqi məsuliyyət qoyur. Sənəddə 5 kriteriya ölkənin aqressor olmasını təsdiqləyir. Bunlar aşağıdakılardı:

1. Bir dövlətin digər ölkəyə müharibə elan etməsi;

2. Müharibə elan etmədən hərbi müdaxilə halı;

3. Müharibə elan etmədən quru, hava və dəniz qüvvələrinin yeridilməsi;

4. Dəniz vasitəsi ilə aqressiyaya məruz qalan ölkənin sahillərinin mühasirəyə alınması;

5. Digər ölkənin ərazisində qeyri-qanuni hərbi bölmələrə dəstəyin verilməsi və separatçı qüvvələrin həvəsləndirilməsi.

Xatırladaq ki, London Konvensiyası 1933-cü ildə 12 dövlət tərəfindən imzalanmışdı. Bunlar Əfqanıstan, Estoniya, İran, Latviya, Polşa, SSRİ, Türkiyə, Finlandiya, Çexoslavakiya, Rumıniya, Yuqoslaviya və Litva idi.

İllarionov bildirib ki, sözügedən konvensiya tək İkinci Dünya müharibəsi illəri deyil, ondan sonrakı dövrdə də hüquqi qüvvəyə malik olub. Maraqlıdır ki, keçmiş SSRİ sənədi imzalayan digər ölkələrə qarşı aqressor qismində çıxış edib. İllarinov SSRİ və onun varisi olan Rusiya tərəfindən həyata keçirilən 22 aqressiya halının siyahısını tərtib edib.

İllarionov bildirib ki, faşıst Almaniyasının hesabında qısa müddət ərzində, 1938-1944-ci illərdə 19 aqressiya faktı müəyyən olunub. Lakin bu sahədə mütləq "çempion" kimi o, SSRİ və onun varisi Rusiyanın adını çəkib.

Tarix
2014.02.16 / 14:20
Müəllif
Ruslan Məmmədoğlu
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla