Yuxarı

Balkan regionunun lideri Vuçiçdir - Blumberq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Balkan regionunun lideri Vuçiçdir - Blumberq

ABŞ mətbuatı Serbiya Prezidenti Aleksandr Vuçiçi Qərbi Balkan regionunun lideri adlandırır.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, Blumberq agentliyi tərəfindən dərc edilən məqalədə Aleksandr Vuçiçin ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampla ilk telefon danışığı aparan dövlət başçılarından biri olduğu bildirilir. Yazıda xüsusi olaraq amerikalı milyarder İlon Maskın Donald Trampın dünyanın müxtəlif ölkələrinin liderləri ilə telefon danışıqlarında iştirak etməsindən, onun Aleksandr Vuçiçin ABŞ-ın yeni seçilmiş prezidenti ilə apardığı telefon danışığına qoşulduğundan bəhs olunur.

“Balkan regionunun lideri noyabrın 5-dəki seçkilərdə qələbə qazandıqdan sonra Donald Trampla telefon danışığı aparan ilk 10 və ya 15 dövlət başçısı arasındadır və bu, böyük şərəfdir”, – deyə "Blumberq" yazır.

Məqalədə vurğulanır ki, Aleksandr Vuçiç Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində jurnalistlərə açıqlamasında deyib: “Prezident Donald Tramp Serbiyanı çox yaxşı tanıyır və onunla birlikdə telefon danışığında iştirak edən İlon Mask, həmçinin Kris Rudi bunu xüsusilə yaxşı bilir”.

Tarix
2024.11.17 / 18:13
Müəllif
Axar.az
Digər xəbərlər

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

Qubadlının işğaldan azad edilməsindən 6 il keçir

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla