Yuxarı

Rusiyada terror törətmək istəyənlər saxlanıldı - FTX

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyada terror törətmək istəyənlər saxlanıldı - FTX

Rusiyanın 3 regionunda terror aktları törətmək üçün bomba hazırlayan Ukrayna casusu Kaluqa vilayətində saxlanılıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

“Ukrayna xüsusi xidmət orqanlarının maraqları naminə Belqorod, Bryansk və Tula vilayətlərində terror aktları törətmək üçün istifadə edilməsi planlaşdırılan əldəqayırma partlayıcı qurğular düzəldən 1976-cı il təvəllüdlü Rusiya vətəndaşı saxlanılıb”, - məlumatda qeyd olunub.

İstintaqın məlumatına görə, Ukrayna xüsusi xidmət orqanları həmin şəxsi ötən ilin oktyabrında pul mükafatı qarşılığında əməkdaşlığa cəlb edib. O, bağ evində partlayıcı maddələrin istehsalı üçün laboratoriya qurub. Onun hazırladığı bombalar mart ayında keçirilən prezident seçkiləri zamanı terror aktları törətməyi planlaşdıran digər agentlərə ötürülüb. Bombalar Belqorodda Polis İdarəsinin və Zabitlər Evinin binalarında və Bryanskda iki enerji şirkətinin ofisində partladılmalı idi. Bundan əlavə, onlar Tulada qazpaylayıcı yarımstansiyanı partlatmağı planlaşdırıblar.

Bildirilib ki, əməliyyat nəticəsində 7 rusiyalı saxlanılıb.

Tarix
2024.11.18 / 12:19
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

AB-nin xüsusi nümayəndəsi Azərbaycana səfərindən yazdı

Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat

Deputatın şok sərvəti üzə çıxdı

Kəlbəcər sakinlərinə xoş xəbər

Paşinyan Göyçə gölündə çimdi - Video

“Belem Missiyası” çərçivəsində məsləhətləşmə keçirildi - XİN

Bu faciəni hələ də xatırlayırıq - Hacıyev

Qarabağda bunları görmək məni məyus etdi – BMT rəsmisi

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ərazi də PKK-dan təmizlənir – Tarixi proses başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla