Yuxarı

BMT KTMT ilə əməkdaşlıq edəcək: Qətnamə qəbul edildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
BMT KTMT ilə əməkdaşlıq edəcək: Qətnamə qəbul edildi

BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə əməkdaşlıq barədə qətnamə qəbul edilib.

Axar.az xəbər verir ki, bu barədə KTMT-nin mətbuat xidməti məlumat yayıb.

Sənəddə qeyd olunub ki, KTMT öz sülhməramlı potensialını, regional təhlükəsizlik və sabitlik sistemini möhkəmləndirmək, terrorizmə və beynəlxalq mütəşəkkil cinayətkarlığa qarşı mübarizə, narkotik və silahların qanunsuz dövriyyəsi, nizamsız miqrasiya və insan alverinə qarşı mübarizə, eləcə də təbii və texnogen fəlakətlərin nəticələrinin aradan qaldırılması istiqamətində əhəmiyyətli praktiki töhfə verir. Bu isə beynəlxalq təşkilatın məqsəd və prinsiplərinin həyata keçirilməsinə şərait yaradır.

"Baş Assambleya BMT baş katibinə və KTMT baş katibinə müxtəlif formatlarda keçirilən ikitərəfli təmaslar və forumlar çərçivəsində müntəzəm məsləhətləşmələri davam etdirməyi tövsiyə edib", - məlumatda bildirilib.

Tarix
2024.11.19 / 14:38
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla