Yuxarı

Vitse-prezident: Prezidentin qətli üçün killer tutmuşam!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vitse-prezident: Prezidentin qətli üçün killer tutmuşam!

Filippin hökuməti ölkənin iki ən güclü siyasi klanı arasında çəkişmənin şiddətləndiyi bir vaxtda vitse-prezident Sara Duterte-Karpioya qarşı prezident kiçik Ferdinand Markosu, həyat yoldaşını və Nümayəndələr Palatasının sədrini öldürməklə hədələdiyi üçün dərhal tədbir görəcəyini vəd edib.

Axar.az xəbər verir ki, bu barədə "South China Morning Post" məlumat yayıb.

Məlumata görə, onlayn mətbuat konfransında Duterte-Karpio öldürüləcəyi təqdirdə sözügedən üçlüyü (prezident, birinci xanım və spiker) öldürmək üçün killer tutduğunu və xəbərdarlığının zarafat olmadığını bildirib.

Bu addım məhkəməyə hörmətsizlikdə ittiham edildikdən sonra çərşənbə günündən bəri Nümayəndələr Palatasının binasında saxlanılan aparat rəhbəri Zuleyka Lopezə dəstək nümayişi olub.

"Təhlükəsizliyiniz üçün narahat olmayın, çünki mən bu barədə artıq biri ilə danışmışam. Dedim ki, məni öldürsələr, Prezident kiçik Ferdinand Markosu, Layza Aranetanı (həyat yoldaşı Mari Luise) və Martin Romualdesi (Nümayəndələr Palatasının sədri) öldürün. Zarafat etmirəm. Mən artıq müqavilə bağlamışam. Demişəm, mən ölərəmsə, hamısını öldürənə qədər dayanma ", - deyə Duterte-Karpio bildirib.

Tarix
2024.11.24 / 22:09
Müəllif
Axar.az
Digər xəbərlər

Erməni əsilli məhbusların hüquqları pozulur?

Bu, ərazi bütövlüyünün bərpasının təzahürü idi

Qarabağdakı qondarma rejimin özünü buraxan qərarı

Prezident Türkiyəyə yardım edən Sərvərdən danışdı - Video

ABŞ saziş bağladı, geri çəkilir - Türkiyə savaşa girir?

Ermənistandakı qalmaqalla bağlı daha bir bəyanat

Buna görə İlham Əliyevə minnətdaram - Paşinyan

Ermənistandakı bu kampaniya pislənildi - Bəyanat

Bakıdan Fransaya çağırış: Buna son qoyun!

Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla