Yuxarı

Fransa meydan oxudu: Kiyevə ordu, SCALP-la zərbə... - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fransa meydan oxudu: Kiyevə ordu, SCALP-la zərbə... - Video

10:56

Ukrayna özünümüdafiə məntiqi ilə Rusiya ərazisindəki hədəflərə qarşı Fransanın verdiyi uzaqmənzilli SCALP raketlərindən istifadə edə bilər.

Axar.az xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barro BBC-yə müsahibəsində deyib.

“Prinsip qurulub. Prezident Zelenskiyə mesajlarımız yaxşı qarşılandı”, - o bildirib.

Nazir vurğulayıb ki, Qərb müttəfiqlərinin Rusiyanın hücumuna məruz qalan Ukraynaya dəstəklə bağlı qırmızı xətləri olmamalıdır.

“Bu, Prezident Makronun əvvəllər dediyi kimi, Fransanın döyüş bölgəsinə qoşun göndərə biləcəyi anlamına gəlirmi” sualına Barro bildirib ki, Parisdə heç bir seçim rədd edilmir:

“Ukraynanı lazım olduğu qədər uzun müddət və intensiv şəkildə dəstəkləyəcəyik. Niyə? Çünki təhlükəsizliyimiz təhdid edilir. Rusiya ordusu hər dəfə bir kilometr irəlilədikdə Avropaya bir kilometr yaxınlaşır”.

O, həmçinin əlavə edib ki, Fransa Ukraynanı NATO-ya üzv olmağa dəvət etməyə açıqdır və müttəfiqlərini buna inandırmağa çalışır.

Tarix
2024.11.25 / 13:17
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Ceyhun Bayramov Arakçıya başsağlığı verdi

Ərdoğan Türk dövlətlərini təbrik etdi

YAP-ın VIII Qurultayı əlamətdar hadisə oldu

Azərbaycanın güclü dövlətə çevrilməsinin istinad nöqtəsi...

Əliyev ad çəkmədi, amma mesaj verdi: Qat-qat baha almışıq!

İlham Əliyev İraq prezidentini təbrik etdi

Azərbaycanla Koreya arasında əlaqələr... - Prezident

Prezident Frank-Valter Ştaynmayerə məktub göndərdi

Azərbaycan buna sadiqdir! - XİN-dən açıqlama

Putin bu türk ölkəsini işğal etmək istəyir - Zelenski

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla