Yuxarı

Suriyada “türkyönlülər” 90 vaqnerçini məhv etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Suriyada “türkyönlülər” 90 vaqnerçini məhv etdi

Bəşər Əsəd qüvvələrinə qarşı döyüşən islamçı qruplar Suriyanın şimal-qərbində gözlənilməz hücuma keçib. Bu, onların 2020-ci ildən bəri ilk böyük əməliyyatıdır.

Axar.az xəbər verir ki, bu barədə “Bild” nəşri yazıb.

Nəşrin məlumatına görə, silahlı qruplaşmaların hücumu nəticəsində Hələbdən Xüms və paytaxt Dəməşqə gedən strateji M5 magistralı təhlükə altına düşüb.

“Döyüşlər İdlib əyalətinin Sarakib şəhəri yaxınlığında da başlayıb. Silahlılara 2017-ci ildə Əl-Qaidədən ayrılan “Həyat Təhrir əş-Şam” qruplaşması rəhbərlik edir”, - məlumatda qeyd olunub.

“Bild” yazır ki, islamçıların hazırkı hücumu nəticəsində öldürülənlər arasında Suriya ordusu tərəfində döyüşən keçmiş “Vaqner” özəl hərbi şirkətindən olan rus muzdluları da var.

Teleqram kanallarının məlumatına görə, əməliyyatlar zamanı öldürülən rus hərbçilərinin sayı 90-a yaxındır.

Qeyd edək ki, hazırda Suriya ordusunun Rusiya aviasiyasının dəstəyi ilə “Təhrir əş-Şam”a qarşı hücuma keçdiyi və şiddətli döyüşlər getdiyi bildirilir. “Təhrir əş-Şam”ın “türkiyəyönlü qruplaşma” ilə birgə hərəkət etdiyi barədə iddia yayılsa da, Türkiyə ekspertləri bunu təkzib edib.

Tarix
2024.11.29 / 11:37
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla