Yuxarı

Bəşəriyyət dönüş nöqtəsindədir - Ərdoğan

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bəşəriyyət dönüş nöqtəsindədir - Ərdoğan

Bu gün dünya müharibələr, qarşıdurmalar, hüquq pozuntuları və bərabərsizliklərin cəngində, dərin liderlik böhranı içindədir. Üzümüzü çevirdiyimiz heç bir yerdə sabitlik görmür, dərinləşən ədalətsizliklərlə qarşılaşırıq. İki qonşu ölkədən birində rifah, var-dövlət hökm sürərkən, digərində milyonlarla insan aclıq və yoxsulluqla mübarizə aparır. Gələcəyimizə ümidlə baxmağımıza səbəb olacaq bütün hadisələrin sayı sürətlə azalır. Bir şey tam aydındır ki, bəşəriyyət dönüş nöqtəsindədir. Sadəcə, qarşıdakı 5-10 ilə deyil, övladlarımızın və nəvələrimizin də gələcəyinə təsir edəcək hadisələr baş verir.

Axar.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən “TRT World 2024” forumunun açılış mərasimində çıxışı zamanı səsləndirib.

İkinci Dünya müharibəsinin ən əhəmiyyətli nəticələrindən birinin BMT-nin yaradılmasını olduğunu söyləyən Türkiyə prezidenti deyib:

"İndi bu BMT ilə davam edə bilərikmi? Xeyr. BMT-nin islahatlara ehtiyacı var. Dünya beş daimi üzvün əlinə buraxıla, dünya bu şəkildə idarə oluna bilməz".

Tarix
2024.11.29 / 18:50
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanı tənqid edənlər başlarını divara vursunlar - Paşinyan

İlham Əliyev İspaniyaya başsağlığı verdi

Döyüş komandanlığında NATO heyəti ilə görüş

İsraildə yeni hökumət qurulur: Daha aqressiv olacaq?

Bu rayonların icra hakimiyyətlərində həbslər başlayır?

Azərbaycanın sanksiya siyahısı yeniləndi

Bratislavadan Bakıya ilk aviareys yola düşdü

Azərbaycan İspaniyaya başsağlığı verdi

İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik

Zal Yusifovun oğlunun işi: Səs yazısı var...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla