Yuxarı

Tiflisdə gərginlik artdı: polis etirazçılara müdaxilə edir - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tiflisdə gərginlik artdı: polis etirazçılara müdaxilə edir - Video

2024.11.30 - 22:32

Tiflisdə hökumət əleyhinə keçirilən aksiyanın iştirakçıları parlament binasının şüşələrini daşla sındırıblar.

Axar.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Mitinq başlayandan dərhal sonra aksiya iştirakçılarının bəzilərinin hərəkətləri zorakılığa çevrilib, xüsusən də etirazçılar daş və digər əşyalarla qanunverici orqanın binasının onlarla pəncərə şüşəsini qırıblar”, - məlumatda deyilir.

Nazirlik bildirib ki, bəzi mitinq iştirakçılarında pirotexniki vasitələr, daşlar və müxtəlif ağır əşyalar olub.

“Bir daha aksiyanın hər bir iştirakçısını öz etirazlarını qanuni, dinc formada bildirməyə və qanunsuz hərəkətlərə əl atmamağa çağırırıq”, - deyə DİN əlavə edib.

Bu arada, parlament binasını qorumaq üçün əraziyə xüsusi təyinatlılar yeridilib.

***

Aksiyaçılar parlament binası önündə barrikadalar qurublar.

Nümayişçilər dəmir laylar qoyaraq, onu yaxınlıqdakı səkilərdən qoparılan dəmir skamyalarla möhkəmləndiriblər. Onların sözlərinə görə, bu yolla xüsusi təyinatlılara və su şırnaqlarına müqavimət göstərmək istəyirlər. Hələlik polislə toqquşma olmayıb.

Qeyd edək ki, aksiyalar 28 noyabrda Baş nazir İrakli Kobaxidzenin AB-yə üzvlük danışıqlarının 2028-ci ilə qədər dayandırıldığını elan etməsindən sonra başlayıb. 3 gündür davam edən aksiyalarda polislə toqquşmalar olub, onlarla etirazçı saxlanılıb.

Aksiyalara Prezident Zurabişvili də ciddi dəstək verir.

***

Etirazçılar Gürcüstan parlamentinin binasında yanğın törədiblər.

***

Tiflisdə polis parlament binasının ətrafındakı etirazçılara müdaxilə etməyə başlayıb.

Xüsusi təyinatlı polis dəstələri parlament binasının girişlərini tutmağa çalışan etirazçıları ərazidən çıxarmağa başlayıb.

Tarix
2024.12.01 / 01:19
Müəllif
Axar.az
Digər xəbərlər

Nazir dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında

Bu ölkədə Azərbaycana qarşı təxribatın qarşısı alındı

İran Xəzər dənizi ilə bağlı plan hazırlayır

Yılmaz səfirimizlə görüşdü, sülhü müzakirə etdi

Dövlət büdcəsinin təsnifatı yeni qaydada tətbiq olunacaq

Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır

40 günlük hədəf: Rusiya “darmadağın” olacaq?

Zakir Həsənov Asim Munirə başsağlığı verdi

Ukraynanın kütləvi hücumunun “2 səbəbi”...

Ukrayna da Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla