Yuxarı

Bayden prezidentliyin nüfuzuna ziyan vurdu - Volodin

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bayden prezidentliyin nüfuzuna ziyan vurdu - Volodin

ABŞ Prezidenti Co Baydenin oğlu Hanteri əfv etmək qərarı ABŞ prezidentliyinin nüfuzuna böyük ziyan vurub.

Axar.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Teleqram kanalında yazıb.

“Bu nüfuzu təkcə öz vətəndaşlarının deyil, bütün dünya ictimaiyyətinin gözü qarşısında bərpa etmək üçün onilliklər lazım olacaq. Başqa ölkədə çətin ki, səlahiyyət müddəti başa çatan prezident bir neçə cinayət, o cümlədən ağır cinayətlər törətməkdə təqsirləndirilən oğlunun tam əfv edilməsi haqqında fərman versin. Yeri gəlmişkən, Bayden bundan əvvəl dəfələrlə belə bir addım atmayacağını və ədalətə mane olmayacağını bildirib”, - o vurğulayıb.

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden qanunsuz silah saxlama və vergidən yayınmada ittiham olunan oğlu Hanteri əfv edib.

Tarix
2024.12.03 / 11:31
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

İlham Əliyev Mixail Kavelaşviliyə başsağlığı verdi

İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul etdilər

İlham Əliyevin To Lam ilə geniş tərkibdə görüşü oldu

Prezidentin Hanoyda rəsmi qarşılanma mərasimi oldu

Abbaszadənin gedişi DİM-də nələri dəyişəcək?

Vüsal Nəsirli zənglərimə cavab vermir - Deputat

BDU-nun işdən çıxarılan prorektoru kimdir?

Prezidentin hesablarında Vyetnam səfəri ilə bağlı - Videoçarx

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla