Yuxarı

Koreyada hərbi vəziyyət: prezident qoşunları geri çağırdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Koreyada hərbi vəziyyət: prezident qoşunları geri çağırdı

2024.12.03 - 18:24

Cənubi Koreya Prezidenti Yun Sok Yol Şimali Koreyanın ölkənin daxili işlərinə müdaxiləsinin qarşısını almaq və konstitusiya quruluşunu qorumaq üçün hərbi vəziyyət elan edib.

Axar.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Cənubi Koreyanın Müdafiə Nazirliyi “əsas komandirlər”in iclasını çağırır.

***

Paytaxt Seuldə minlərlə insan prezident tərəfindən elan edilmiş hərbi vəziyyətə etiraz etmək üçün parlament binasının qarşısına toplaşıb.

Bu barədə YTN məlumat yayıb.

Hərbi vəziyyəti təmin edən qoşunlar Milli Assambleyasının (parlament) binasına daxil olmağa çalışırlar.

Girişə toplaşan vətəndaşlar, o cümlədən deputatlar parlamentə buraxılmır.

Tərəflər arasında gərginlik yaşanmaqdadır.

***

Seulun mərkəzinə ağır hərbi texnikalar yeridilib.

***

Cənubi Koreya Milli Assambleyasının (parlament) sədri ölkə Prezidenti Yun Sok Yolun tətbiq etdiyi hərbi vəziyyət rejimini etibarsız elan edib.

Bu barədə YTN telekanalı məlumat yayıb.

O, vətəndaşları təmkinli olmağa çağırıb.

***

Cənubi Koreya Prezidenti Yun Sok Yol xalqa müraciət edib.

Bu barədə "Yonhap" agentliyi xəbər yayıb.

O qeyd edib ki, hərbi vəziyyətin tətbiqi üçün göndərilən qoşunlar geri çəkilib.

Tarix
2024.12.04 / 01:01
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın notasından sonra - Gürcüstandan açıqlama

Ceyhun Bayramov Kiyevdəki səfirliyimizi ziyarət etdi - Foto

Xatirələrin kəndi: Sarıbaşdan qayıda bilmədim - Video

Zelenski buna görə İlham Əliyevə təşəkkür etdi - Bayramov

Azərbaycanın ABŞ-dakı səfiri senatorla görüşdü - Foto

Səidə Bəkirqızına qarşı məhkəmə - Qərar elan edildi

Ceyhun Bayramov Budanovla görüşdü

Azərbaycan da mövqeyini dəyişəcək - Çepa

Rusiya və Ermənistan arasında kritik telefon danışığı

XİN-dən bu ölkə ilə bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla