Yuxarı

"Təhrir əş-Şam" lideri CNN-ə danışdı: Əsəd bitir - İlk dəfə

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son nəticədə hədəf avtoritar Prezident Bəşər Əsədi devirməkdir.

Axar.az xəbər verir ki, bunu “Heyət Təhrir əş-Şam” qruplaşmasının lideri Əbu Məhəmməd Colani CNN telekanalına müsahibəsində deyib.

“İnqilabın məqsədi bu rejimi devirməkdir. Bu məqsədə çatmaq üçün bütün mövcud vasitələrdən istifadə etmək hüququmuz var. Rejimin məğlubiyyətinin toxumları həmişə onun içində olub. İranlılar rejimi dirçəltməyə, sonradan ruslar da dəstəkləməyə çalışıblar. Amma həqiqət budur ki, bu rejim ölüb”, - Colani bildirib.

HTŞ lideri ələ keçirdikləri ərazilərdə yaşayan mülki insanları onlardan qorxmamağa çağırıb:

“İslam idarəçiliyindən qorxan insanlar onun ya səhv həyata keçirildiyini görüblər, ya da onu düzgün başa düşmürlər. Suriyada on ildir davam edən vətəndaş müharibəsində ekstremist və cihadçı qruplar tərəfindən təqib edilən mülki şəxsləri və qrupları sakitləşdirməyə çalışırıq. Xristianlara və digər dini və etnik azlıqlara hakimiyyətimiz altında təhlükəsiz yaşayacaqlarını açıq şəkildə söyləmək üçün əlimizdən gələni edirik. Xaos dövründə ayrı-ayrı şəxslər tərəfindən azlıqlara qarşı bəzi pozuntular olub, lakin biz bu problemləri həll etmişik”.

Colaninin sözlərinə görə, xarici hərbi qüvvələr Suriyanı tərk etməlidir:

“Hazırda ölkədə ABŞ, Türkiyə, Rusiya və İran hərbçiləri ilə yanaşı, İranın qruplaşmaları da var. Düşünürəm ki, bu rejim süqut etdikdən sonra problem həll olunacaq və daha heç bir xarici qoşunun Suriyada qalmasına ehtiyac qalmayacaq.

Suriya bir hökmdarın özbaşına qərarlar qəbul etdiyi sistemə deyil, institusional idarəetmə sisteminə layiqdir. Əsəd sülaləsi 1971-ci ildən bəri 53 ildir hakimiyyətdədir. Rejim onilliklərlə davam edən hakimiyyətini saxlamaq üçün yüz minlərlə insanı qətlə yetirib, müxalifləri həbs edib, milyonlarla insanı ölkə daxilində və xaricində vəhşicəsinə təqib edib”.

Tarix
2024.12.06 / 10:55
Müəllif
Axar.az
Digər xəbərlər

Dehli təkzib etdi: Azərbaycana blok qoymadıq, amma...

Rusiya XİN-dən Bakıya cavab: Zaxarova elə söz deməyib!

Mustafayev Ermənistana, Qriqoryan Azərbaycana gəldi

Azərbaycan bu ölkə ilə 3 sənəd imzaladı

Rusiya türk dünyasından asılı vəziyyətə düşür: 50 milyard...

Əliyevlə şəkil çəkdirmək üçün növbəyə dururlar - Siyarto

Putin müharibəni dayandırsa, ağır sualla üzləşəcək - Ekspert

İran Zəngəzurda strateji məğlubiyyətə uğradı – Hill

16 min erməni Ermənistan vətəndaşı oldu

Sinin paradının əks-sədası: Kimlərə meydan oxudu?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla