Yuxarı

Gürcü Arzusunun bir arzusu var: Mişa... - Zurabişvili

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gürcü Arzusunun bir arzusu var: Mişa... - Zurabişvili

Gürcüstan Baş naziri İrakli Kobaxidze böhranı həll edə bilmədiyi üçün istefa verməlidir.

Axar.az xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili ölkənin Birinci kanalına müsahibəsində deyib.

“Böhranı həll edə bilməyən baş nazir dəyişdirilməlidir və o baş nazir istefa verən kimi mən iki həftəyə seçki təyin etməliyəm. Bu kompromisdir, depolarizasiyadır, Gürcüstan üçün çıxış yolu, sabitlik, sülh, azad və demokratik gələcəkdir”, - Zurabişvili bildirib.

Onun sözlərinə görə, Gürcü Arzusu Saakaşvili dövründən də pis olub:

“Gürcü Arzusunun bir arzusu var: onların yeganə rəqibi həmişə Mişa olsun. Bu gün Gürcü Arzusu Saakaşvilinin dövründə olduğundan daha pis olub. Onlar hər şeyi təkrarladılar və Saakaşvilinin dövründə olmayan yeganə şeyi - Rusiya, avtoritarizm, təkpartiyalı sistem, seçki saxtakarlığı, insan hüquqlarının pozulması əlavə edildi”.

Tarix
2024.12.06 / 13:17
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla