Yuxarı

Əsəd yıxıldı, Ermənistana təhlükə var – Voskanyan isterikada

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əsəd yıxıldı, Ermənistana təhlükə var – Voskanyan isterikada

Suriya dövləti və ordusunun şərəfsiz və zəif davranışı nəticəsində Dəməşq süqut etdi.

Axar.az xəbər verir ki, bu sözlərlə erməni iranşünas Vardan Voskanyan Suriyada Əsəd rejiminin süquta uğramasından keçirdiyi sarsıntını ifadə edib.

O bildirib ki, “Təhrir əş-Şam” - daha kiçik, lakin yüksək səviyyədə mütəşəkkil bir qruplaşmanın mübarizə əzmi ilə daha güclü rəqibə qalib gəlməsinin bir nümunəsidir:

“Yaxın Şərq artıq dünənki kimi deyil, çünki Ərdoğan rejimi daha da özünə inamlı hərəkət edəcək”.

Voskanyan Əsəd rejiminin yıxılmasının Ermənistan üçün ciddi çağırış və təhlükə olduğunu etiraf edib, buna baxmayaraq, ümidin bitmədiyini də vurğulayıb. Voskanyan hazırda Türkiyə-Rusiya və Türkiyə-İran münasibətlərinin pisləşmə ehtimalının Ermənistan üçün “ümidverici” olduğunu yazıb.

“Kürdlər də Ərdoğan hakimiyyəti üçün təhlükəyə çevrilərək, daha sərbəst hərəkət etmək şansı əldə edəcəklər. Kürd məsələsində və digər sahələrdə Amerika-Türkiyə maraqlarının toqquşması istisna deyil”.

Qeyd edək ki, Suriyanın devrilmiş prezidenti Bəşər Əsəd Ermənistanın işğal siyasətinə və Azərbaycana qarşı təcavüzünə dəstək verən şəxs kimi tanınırdı.

Tarix
2024.12.08 / 15:50
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Prezidentin səhifəsində Ərdoğanla bu fotosu paylaşıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla