Yuxarı

İrandan Suriya ilə bağlı bəyanat

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrandan Suriya ilə bağlı bəyanat

İran bir daha Suriyanın milli birliyi, suverenliyi və ərazi bütövlüyünə hörmətlə yanaşmağa dair prinsipial mövqeyini xatırladır və Suriyanın gələcəyi və taleyinin yalnız bu ölkə vətəndaşlarına məxsus olduğunu vurğulayır.

Axar.az xəbər verir ki, bu, İran Xarici İşlər Nazirliyinin rəsmi bəyanatında öz əksini tapıb.

İran XİN bildirib ki, Suriyada hərbi qarşıdurmalara tez bir zamanda son verilməli, terror aktlarının baş verməsinin qarşısı alınmalı və Suriyanın bütün vətəndaşlarını təmsil edə biləcək hökumətin təşkili istiqamətində bütün qrupların iştirakı ilə milli dialoq başlanmalıdır.

İran Xarici İşlər Nazirliyi qeyd edib ki, İran BMT-nin 2254 saylı qətnaməsini rəhbər tutaraq beynəlxalq mexanizmlərdən Suriyada siyasi prosesin izlənməsini dəstəkləyir və BMT ilə konstruktiv əməkdaşlığını davam etdirir.

İran XİN əlavə edib ki, öz tarixinin ən təhlükəli dövründə olan Suriyada bütün vətəndaşların, əcnəbilərin təhlükəsizliyinin qorunması, eləcə də diplomatik binaların mühafizə olunması önəmli hesab olunur. İran Qərbi Asiyada önəmli və təsiredici ölkə olaraq Suriyanın mövqeyini xüsusi hesab edir və bu ölkədə təhlükəsizlik və stabilliyin bərpa olunmasına kömək etmək üçün heç bir səyini əsirgəməyəcək, bu istiqamətdə bütün tərəflərlə, xüsusilə də region ölkələri ilə məsləhətləşmələrini davam etdirəcək.

Tarix
2024.12.08 / 18:57
Müəllif
Axar.az
Digər xəbərlər

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

Qubadlının işğaldan azad edilməsindən 6 il keçir

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla