Yuxarı

İran Suriyadakı səfirliyinə hücuma reaksiya verdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran Suriyadakı səfirliyinə hücuma reaksiya verdi

İran Xarici İşlər Nazirliyi Suriyanın paytaxtında hakimiyyəti ələ keçirmiş silahlı qrupların İranın Dəməşqdəki səfirliyinə hücumunu pisləyib.

Axar.az xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai deyib.

İranın Dəməşqdəki səfirliyinə hücumla bağlı sualı cavablandıran Bəqai bu addımı pisləyib və vurğulayıb ki, diplomatik, eləcə də konsulluq müəssisələrinin təhlükəsizliyinin qorunması beynəlxalq hüququn əsas prinsipidir və istənilən vəziyyətdə hörmət edilməlidir:

"İran bu cür hücumların təkrarlanmasının qarşısını almağa çağırıb və Suriyadakı hadisələrlə bağlı bütün maraqlı tərəflərlə əlaqə saxlayır".

Onun sözlərinə görə, səfirlik əməkdaşlarının təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər görülüb, səfir və diplomatik nümayəndəlik əməkdaşları xəsarət almayıb.

Tarix
2024.12.08 / 19:17
Müəllif
Axar.az
Digər xəbərlər

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

İlham Əliyevin Vyetnam səfərindən video yayıldı

İlham Əliyevin Vyetnama səfəri başa çatdı - Video

Paşinyan: Tarixləri qarışdırdım, TRİPP-lə bağlı mərasim...

Vyetnama səfərimin nəticələrindən çox məmnunam - Video

Birinci xanımların Hanoydakı İrs Evində görüşü oldu - Foto

Vətən müharibəsi dövründə Vyetnamın dəstəyi... - Prezident

Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır!

Vyetnam prezidentindən Azərbaycanla bağlı gözəl sözlər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla