Yuxarı

Ərdoğan bu iki ölkəni barışdırdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğan bu iki ölkəni barışdırdı

Somali və Efiopiya liderləri aralarındakı münaqişənin həlli üçün razılığa gəliblər.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Somali Prezidenti Həsən Şeyx Məhəmməd və Efiopiyanın Baş naziri Abiy Əhmədlə keçirdiyi mətbuat konfransında deyib.

"Somali və Efiopiyanın ölkəmizə olan etimadı sayəsində təxminən səkkiz ay əvvəl başladığımız Ankara prosesində mühüm mərhələyə çatdıq. Beləliklə, iki ölkə arasında sülh və əməkdaşlığa əsaslanan yeni başlanğıca doğru ilk addımı atdıq. Ümid edirəm ki, razılaşdırılmış birgə bəyanat regionda hörmət əsasında əməkdaşlıq, iqtisadi inkişaf və rifahın təməlini qoyacaq”, - Ərdoğan bildirib.

Qeyd edək ki, Somali ilə Efiopiya arasında münasibətlərdə böhran Abiy Əhməd və Somalinin yarım-muxtar bölgəsi Somaliləndin rəhbəri Musa Bihi Abdinin yanvarın 1-də Efiopiyanın dəniz limanlarına çıxışını təmin etmək üçün anlaşma memorandumu imzalamasından sonra yaranıb.

Somalilənd Efiopiyaya suveren dövlət kimi tanınması müqabilində öz ərazisində dəniz bazası yaratmaq imkanı verib.

Tarix
2024.12.12 / 08:45
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla