Yuxarı

Alman hökumətindən sakinlərə: Ərzaq ehtiyatı saxlayın!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Alman hökumətindən sakinlərə: Ərzaq ehtiyatı saxlayın!

Almaniyanın İctimai Mühafizə və Fəlakətlərin İdarə Edilməsi üzrə Federal İdarəsi sakinləri işıqların kəsilməsinə hazır olmağa və ərzaq ehtiyatı saxlamağa çağırıb.

Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə “t-online” xəbər portalına idarənin vitse-prezidenti Rene Funk bildirib.

“Vətəndaşlara müraciət edirəm: Fövqəladə hallara hazır olun, bu da uzun müddət elektrik kəsilməsi ola bilər. Xaricdən kritik infrastruktura hibrid hücumların sayı artır. Biz özümüzü təkcə hərbi cəhətdən deyil, həm də mülki müdafiə və fəlakətlərdən mühafizə sahələrində qorumağı bacarmalıyıq. Hər bir alman ailəsi üç gün özünü qidalandırmaq üçün lazım olan hər şeyə sahib olmalıdır”, - deyə o qeyd edib.

O izah edib ki, vacib olanlar elektrik enerjisindən asılı olmayan işıq mənbələri, məsələn, akkumulyatorla işləyən lampalar, şam və ya kibrit, adambaşına gündə 1,5 litr su, 72 saatlıq qidadır.

Buraya konservlər, qoz-fındıq, peçenye və ya simit çubuqları və ya batareya ilə işləyən radio daxil ola bilər.

Tarix
2024.12.13 / 01:04
Müəllif
Axar.az
Digər xəbərlər

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla