Ana səhifə Planet |
İrəvanda “Ermənistan-Türkiyə münasibətləri: Təhlükə, yoxsa fürsət” adlı beynəlxalq konfrans keçirilir.
Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, konfransda cari geosiyasi proseslər kontekstində Ermənistanın Türkiyə ilə münasibətlərinin xalqın müxtəlif təbəqələrinə təsiri müzakirə edilir.
Həmçinin Ankara ilə əlaqələrin erməni xalqının təhlükəsizliyi, sosial-iqtisadi vəziyyəti və inkişaf perspektivləri nəzərə alınaraq təhlili nəzərdə tutulur.
Məlumata görə, əsas 3 mövzu ətrafında müzakirə aparılır:
1. Qordarma “erməni soyqırımı”nın ermənilər üçün təhlükəsizlik və çəkindirici amil kimi beynəlxalq səviyyədə tanınması prosesi;
2. Geosiyasi proseslər və türkçülük ideologoyasının regiona təsiri;
3. Ermənistan-Türkiyə iqtisadi əlaqələri.
Konfransda Ermənistandan və xaricdən olan müxtəlif ekspertlərin çıxış edəcəyi qeyd olunur.
Tarix
2024.12.14 / 13:19
|
Müəllif
Axar.az
|