Ana səhifə Planet |
Türkiyənin "Haber Qlobal" telekanalının əməkdaşı Məhərrəm Can Qurtuluş silahlı hücumda həyatını itirib.
Axar.az Oxu.az-a istinadən xəbər verir ki, Qurtuluşa hücum edən 4 şübhəli qısa müddətdə saxlanılıb.
Məlumata görə, "Haber Qlobal"ın əməkdaşı avtomobilini İstanbulun Bəylikdüzü rayonundakı dayanacaqda saxlayıb. O, kafeyə gedərkən dayanacaqda dörd nəfərin məmurlarla mübahisə etdiyini görüb. O, tərəfləri sakitləşdirməyə çalışıb.
Sonradan dostu ilə kafedən çıxan Məhərrəm Can Qurtuluş maşınına minib və dayanacaqdan çıxarkən mübahisə etdiyi 4 şübhəli maşının qarşısını kəsib. Onlar maşından düşən "Haber Qlobal"in əməkdaşını güllələyiblər və hadisə yerindən qaçıblar. Ağır yaralanan Qurtuluş aparıldığı xəstəxanada dünyasını dəyişib.
Polis bildirib ki, şübhəlilərin qaldıqları ünvanlarda aparılan axtarışlar zamanı 1 ədəd sənədsiz tapança, 4 ədəd tərəzi və 1 kilo 200 qram narkotik vasitə götürülüb.
Tarix
2024.12.14 / 22:18
|
Müəllif
Axar.az
|