Yuxarı

Əgər Suriya üçün bu 7 şərtə əməl edilsə... - Saydam

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Heyət Təhrir əş-Şam" və Suriya müxalifəti BƏƏS rejimini devirərək hakimiyyəti ələ keçirsə də, Suriya hələ də ölkə daxilindəki terror təşkilatlarından və müxtəlif dövlətlərin qüvvələrindən azad edilməyib.

Axar.az xəbər verir ki, bu barədə “Yeni Şəfəq” qəzetinin yazarı Əli Saydam bildirib.

O, Suriya hökuməti və xalqının azadlıq əldə etməsi üçün atılması lazım olan addımları sayıb:

"Suriyanın şimalında yerləşən Menbiç və Tel-Rıfat kimi vilayətlər YPG/PKK terrorçularından təmizlənib. ABŞ rəhbərliyi bölgədən çəkilsə, YPG/PKK-ya yardımlarını dayandırsa, terror təşkilatları da silahlarını yerə qoymağa razılaşarsa, o zaman Suriyanın bərpası istiqamətində böyük addım atılacaq.

İsrail hökuməti əsrlər boyu vurğulanan “Vəd edilmiş torpaq” ideologiyasından əl çəkərsə, Suriya xalqının ərazi bütövlüyü təmin olunar.

Tramp vəzifəyə başlamazdan əvvəl Suriya problemləri ilə bağlı açıqlama verərək, “Suriya məsələləri bizə aid deyil” deyib. Əgər Tramp vədinə xilaf çıxsa və Suriyada gərginlik yaradan ifadələr işlətsə, bölgədə yenidən qarışıqlığın yaranması ehtimalı yüksəkdir.

HTŞ lideri Əbu Məhəmməd Colaninin müvəqqəti dövlət idarəçiliyində Suriya iqtisadiyyatı dirçəlsə və ölkədə dağıdılmış yerlər bərpa olunarsa, xalqın rifah səviyyəsi yüksələcək.

Suriyada sünni ərəblər, xristianlar, ələvilər, türkmanlar və ermənilər kimi bir çox fərqli etnik qruplar bir yerdə yaşayır. Etnik qruplar arasında parçalanma yaşanmaması ölkənin sülhü və inkişafı üçün böyük əhəmiyyət kəsb edir.

İllərdir bölgədə “mən də varam” siyasətini aöaran Rusiya bütün diqqətini Ukrayna müharibəsinə yönəltdi və Əsədi yalqız buraxdı. İran Livan Hizbullahı ilə İsrail arasındakı qarşıdurmalar səbəbindən Suriyaya dəstək göndərə bilmədi. Suriyadakı ən mühüm iki ünsür bölgədəki təsirlərini tamamilə itirsə, Suriya xalqı özünü idarə edə və müstəqillik qazana bilər.

Bölgədə əsas rol oynayan Türkiyə Suriya vətəndaşlarını dəstəkləməyə davam edərsə, indiyə qədər həyata keçirdiyi siyasətlərdən əl çəkməzsə, Suriyanın ərazi bütövlüyünə və yenidən qurulmasına dəstək verərsə, yeni administrasiya ilə müsbət əlaqələrini artırarsa, Suriya hökuməti və insanlar azad olacaqlar".

Tarix
2024.12.15 / 10:00
Müəllif
Didəm Qədirova
Digər xəbərlər

Dövlətlər Suriya üçün toplandı: nə Rusiya var, nə də...

Nazir işdən çıxarılan rəisə yeni vəzifə verdi

Əsgərlik yaşının azaldılmasının əsl səbəbi budur

İlham Əliyev Gürcüstanın yeni prezidentini təbrik etdi

Mənim məlumatına görə, İlham Əliyevin reytinqi… - Kolerov

Bakıya hüquqi əsas verirsiniz, Zəngəzuru ala bilər – Rus ekspert

Kolerov: Ədalətli olun, onlar Bakının nəyinə lazımdır?

15 gün sonra Tiflisdə ağrılı proses olacaq

Azərbaycan hərəkətə keçəndə bizi günahlandırdılar

Türkiyənin Azərbaycanla bağlı ən böyük arzusu... - Gülər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla