Yuxarı

Rus tankeri batdı: Kapitan ölü sayılırdı, sağ tapıldı - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rus tankeri batdı: Kapitan ölü sayılırdı, sağ tapıldı - Video

2024.12.15. 13:57

Kerç sahillərində Rusiyaya məxsus “Volqoneft-212” neft tankeri batıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, güclü dalğa nəticəsində tanker iki yerə bölünüb və batıb.

Tankerdə 13 heyət üzvünün olduğu bildirilir.

Hazırda gəminin batdığı ərazidə xilasetmə əməliyyatı aparılır.

***

Kerçdə daha bir neft tankeri batıb.

Rusiya Teleqram kanallarının məlumatına görə, “Volqoneft-239” neft tankeri də iki hissəyə bölünərək batıb.

***

“Volqoneft-212” və “Volqoneft-239” tankerlərinin on heyət üzvü xilas edilib.

Bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, 13 nəfərin taleyi hələ məlum deyil.

***

Kerç boğazında sahildən bir neçə kilometr aralıda batan Rusiyanın "Volqoneft-212" tankerinin kapitanı ölü hesab edilsə də, sağ tapılıb.

Bu barədə "Baza" Teleqram kanalı məlumat yayıb.

Qeyd olunur ki, kapitan mazutlu suda boğulmaq üzrə olub. O, huşunu itirib, onurğasından zədə alıb və donub. İndi o və digər ekipaj üzvü reanimasiyadadırlar.

Bildirilir ki, gəminin 13 nəfərdən ibarət bütün heyəti xilas edilib, onlardan 11-i donma diaqnozu ilə Anapa xəstəxanasına yerləşdirilib.

Tarix
2024.12.16 / 01:23
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

Prezident Hakan Fidanı qəbul etdi

Bakı Bəyannaməsi qəbul olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla