Yuxarı

III Dünya savaşı başlayıb: 4 ölkə birgə hərəkət edir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
III Dünya savaşı başlayıb: 4 ölkə birgə hərəkət edir

III Dünya müharibəsi artıq yaxınlığımızdadır və ya bəlkə də artıq başlayıb, sadəcə olaraq, bəşəriyyət bunu hələ dərk etməyib. Ukraynada genişmiqyaslı müharibə, Yaxın Şərqdə bir neçə cəbhə və Şərqi Asiyada artan gərginlik qlobal münaqişənin proloqu və ya onun ilk mərhələsidir.

Axar.az xəbər verir ki, bu barədə "Voll Strit Jurnal" məlumat yayıb.

Qeyd olunub ki, on il əvvəl Rusiya və Çin ABŞ və AB ilə birlikdə İran və Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq edib:

"Lakin bu gün Rusiya, Çin, İran və Şimali Koreya Qərb dünyasına qarşı birgə fəaliyyət göstərən avtokratik ox formalaşdırıblar. 2014-cü il bunun üçün dönüş nöqtəsidir, o zaman hər dörd avtokratik rejim gözlənilmədən Krımın Rusiyaya ilhaqına və Donbasın bir hissəsinin işğalına Qərbdən minimal reaksiya gördü. Artıq 2015-ci ildə İran və Rusiya Suriyada Bəşər Əsədin hannibalist rejimini birgə xilas etməyə başladı. Rusiyanın 2022-ci ildə Ukraynaya genişmiqyaslı işğalçı hücumu Moskva, Tehran, Pekin və Pxenyanın dördbucaqlı ittifaqını formalaşdırdı və bu ittifaqda Rusiya Ukraynanı məhv etmək səylərini davam etdirmək üçün digər üçündən iqtisadi və ya hərbi yardım alır. Qərbin bu əməkdaşlığın qarşısını almaqda acizliyi və ya istəməməsi Kremli daha da stimullaşdırdı".

Tarix
2024.12.16 / 08:30
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan Səudiyyə Ərəbistanına başsağlığı verdi

Türkiyə və Azərbaycan paxlava ilə bağlı hərəkətə keçdilər

Ermənistana buğda göndərildi

Putindən sonra kim gələcək? – Real şans...

Sabiq nazirlərlə indiki məmurlar bir arada... - Maraqlı foto

Rusiya döyüşə bu erməniləri göndərir - Video

Bu gün Ermənistana 11 vaqon buğda göndəriləcək

Qaltsyan bu görüntü ilə bakılı olduğuna işarə etdi - Video

Azərbaycanlı nazir körpə oğlu ilə AB iclasında - Video

Ceyhun Bayramov Hakan Fidanla danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla