Yuxarı

Dudanın Paşinyana hədiyyəsi: Üç cüt qol düyməsi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dudanın Paşinyana hədiyyəsi: Üç cüt qol düyməsi

Ermənistanın Baş naziri Nikol Paşinyan Polşa Prezidenti Andjey Dudanı və həyat yoldaşını noyabr ayında üçgünlük rəsmi səfəri çərçivəsində qəbul edib. Səfər zamanı Duda Paşinyana xüsusi hədiyyə təqdim edib.

Axar.az xəbər verir ki, məlumatı “Joxovurd” paylaşıb.

Nəşrin yazdığına görə, Polşa prezidentinin Paşinyana verdiyi hədiyyə 925 əyarlı gümüşdən hazırlanmış, qiymətli daşlarla - baltik gümüşü və oniks ilə bəzədilmiş üç cüt qol düyməsi olub. Düymələrin ümumi dəyəri 74 577 dram (təxminən 190 dollar) təşkil edir.

Bildirilib ki, ölkə qanunlarına görə, Ermənistanın ictimai vəzifəli şəxsləri, o cümlədən baş nazir xarici qonaqlardan aldıqları hədiyyələri müvafiq reyestrdə qeydiyyatdan keçirməlidir. Əgər hədiyyənin dəyəri 40 min dramı keçərsə, o, rəsmi şəkildə qeydiyyata alınmalıdır, 60 min dramı keçdikdə isə dövlətin və ya icmanın mülkiyyətinə çevrilir və məmurlar onu dövlətə təhvil verməlidirlər. Hədiyyənin dəyəri 60 min dramı keçdiyi üçün Paşinyan onu özündə saxlaya bilməyəcək.

Tarix
2024.12.17 / 13:25
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

BMT də xəbərdarlıq etdi: Sİ real təhlükədir?

Azərbaycan “həqiqi hərbi xidmət”dən niyə imtina etmir?

Azərbaycan müdafiə xərclərini nə qədər artıracaq?

Ermənilər narahat olmalı deyil, xəcalət çəkməlidir!

Bu, Qarabağda öz izlərini qoruyub saxlayır - Hacıyev

Bu, Azərbaycandan başlayıb Azərbaycanda bitəcək

179 nəfər Avropadan Azərbaycana gətirildi

Ceyhun Bayramov Butbiqinlə görüşdü

Hikmət Hacıyevin nömrəsi məndə var - Simonyan

Putin indi dayansa, bu, qələbə olmayacaq - Zelenski

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla