Yuxarı

Putin-Fitso görüşü: Çətin vəziyyət yaranıb

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin-Fitso görüşü: Çətin vəziyyət yaranıb

Rusiya Prezidenti Vladimir Putin və Slovakiyanın Baş naziri Robert Fitso Kremldə keçirilən danışıqlarda ikitərəfli əlaqələr və enerji məsələlərini müzakirə edib.

Axar.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Dünən Putin Fitso ilə danışıqlar aparıb. Biz enerji və qaz məsələlərindən də danışdıq. Kifayət qədər ətraflı söhbət oldu”, - o bildirib.

Peskov Rusiyanın Ukrayna ilə tranzit sazişinin müddəti başa çatdıqdan sonra Slovakiyaya qaz nəqlini davam etdirmək imkanının olub-olmaması sualına belə cavab verib:

“Slovakiyaya enerji tədarükü məsələsi əlavə diqqət tələb edir. Ukrayna tərəfinin bəyanatını eşitmisiniz, Rusiya qazını almağa davam edən və bunu öz iqtisadiyyatlarının normal fəaliyyəti üçün zəruri hesab edən Avropa ölkələrinin mövqeyini də bilirsiniz. Ona görə də indi burada çox çətin vəziyyət yaranıb”.

Qeyd edək ki, Ukrayna 1 yanvar 2025-ci ildən Rusiya qazının tranzitini tamamilə dayandıracağını açıqlayıb.

Tarix
2024.12.23 / 14:44
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen

Ərəblər Azərbaycana dəstək bəyanatı yaydı

Prezidentlə Cayşankarın görüşünə dair - Videoçarx

Ceyhun Bayramov Hindistana dəvət edildi

Çalışmışam ki, öz işimlə onu məyus etməyim - Prezident

Hindistan və Azərbaycan bu barədə razılığa gəldi

Hindistan Bakı və İrəvan arasında sülhü alqışlayır

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla