Yuxarı

Qazaxıstana təyyarə qəzası ilə bağlı təzyiq edilir?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qazaxıstana təyyarə qəzası ilə bağlı təzyiq edilir?

Dərhal deyim ki, bu yalan məlumatdır. Heç bir ölkədən heç kim bu qəzanın səbəblərini aydınlaşdırmaq prosesinə müdaxilə etməyə çalışmır. Biz burada heç bir problem görmürük.

Axar.az xəbər verir ki, bunu Qazaxıstan Baş nazirin müavini və hökumət komissiyasının rəhbəri Kanat Bozumbayev "Tenqrinyus" müxbiri ilə söhbətində Aktau yaxınlığındakı təyyarə qəzasının araşdırılması məsələsində xarici təzyiqə məruz qalması ilə bağlı məlumatı şərh edərkən deyib.

Onun sözlərinə görə, Qazaxıstan təyyarə qəzasının araşdırılmasında maraqlı olan bütün ölkələrin geniş iştirakını təmin edib:

“Bunlar ilk növbədə üç ölkədir: Azərbaycan, Rusiya və istehsalçı ölkə Braziliya. Onların bütün nümayəndələri, ümumilikdə 17 nəfər artıq işləyir. Hansısa səbəbdən kiməsə təzyiq etməyin mənası yoxdur. Bundan əlavə, Qazaxıstan 1992-ci ildən Çikaqo Konvensiyasının üzvüdür. Və ona uyğun olaraq aviasiya təhqiqatlarının aparılması ilə bağlı hər hansı qərarı araşdırma aparan dövlət qəbul edir. Yəni kimi cəlb etmək, kiminlə işləmək və sairə ilə bağlı istənilən qərarları yalnız biz verə bilərik. Biz özümüz qərar veririk ki, cəmiyyətdə kiminsə kiməsə təzyiq edib-etməyəcəyi ilə bağlı sual olmasın”.

Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.

Hadisə ilə bağlı Rusiya lideri Vladimir Putin Prezident İlham Əliyevə zəng edərək üzr istəyib.

Tarix
2024.12.28 / 18:11
Müəllif
Axar.az
Digər xəbərlər

Qaliblərin adı açıqlandı: Siyahıda İlham Əliyevin də adı var

Türkiyə Hacıbəylini niyə təhvil vermir? - Şübhəli məqamlar

İrəvandan Türkiyə və Azərbaycanla bağlı açıqlama

Prezident və xanımı İsveçrəyə getdi - Foto

Aleksandr Vuçiç Azərbaycana gələcək

Polşa səfirliyi Azərbaycana başsağlığı verdi

Azərbaycan XİN İspaniyaya başsağlığı verdi

Xalqımızın məruz qaldığı ən dəhşətli faciələrdən biri...

Rusiya Azərbaycan vətəndaşlarını deportasiya etdi

Hindistan elan etdi: Bu raketlər İrəvana çatdırıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla