Yuxarı

Cənubi Koreyada təyyarə qəzası: 179 ölü - Anbaan video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cənubi Koreyada təyyarə qəzası: 179 ölü -

08:14

Cənubi Koreyanın Muan şəhərində sərnişin təyyarəsinin eniş edərkən qəzaya uğraması nəticəsində 62 nəfər ölüb.

Axar.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

“Jeju Air” şirkətinin Banqkok-Muan reysini yetirən yetirən təyyarə yerli vaxtla saat 9:00 radələrində eniş etdikdən sonra uçuş zolağından çıxaraq hasara çırpılıb və yanğın əmələ gəlib.

Təyyarənin göyərtəsində 175 sərnişin və 6 heyət üzvü olub.

Qəzaya uğrayan Boinq-737-800 (737-8AS) təyyarəsi 2009-cu ilin avqustunda istehsal edilib.

***

Cənubi Koreyanın Muan hava limanında qəzaya uğrayan Boinq-737-800-ün qurbanlarının sayı 62-dən 85-ə yüksəlib.

***

Cənubi Koreya “Jeju Air” aviaşirkətinin Banqkok-Muan reysinin yerinə yetirən Boinq-737-800 sərnişin təyyarəsinin Muan şəhərində qəzaya uğraması nəticəsində ölənlərin sayı artıb.

Xilasedicilər 179 nəfərin öldüyünü açıqlayıb.

Qəzadan cəmi 2 nəfər sağ çıxıb. 85 nəfərin cəsədi aşkarlanıb. İtkin düşənlər də ölmüş hesab olunur.

Bildirilib ki, təyyarənin yanmış qalıqları arasında kiminsə sağ çıxması real hesab olunmur.

Hazırda cəsədlərin müəyyən edilməsi işləri aparılır.

***

Son məlumatlara görə, ölənlərdən 120-sinin meyiti tapılıb.

***

Cənubi Koreyanın Muan Beynəlxalq Hava Limanında baş verən təyyarə qəzasında 176 nəfərin öldüyü təsdiqlənib.

***

Cənubi Koreyada qəzaya uğrayan təyyarədə həlak olan 179 nəfərin hamısının cəsədi tapılıb.

Tarix
2024.12.29 / 16:34
Müəllif
Axar.az
Digər xəbərlər

Ehtiyac olsa, Azərbaycandan elektrik enerjisi alacağıq...

Moskvadakı səfirliyimizin önündə təxribat: XİN-dən sərt reaksiya

Rusiyanın nüvə təhdidi: MKİ şefi Moskvaya buna görə gedib

Bu, Azərbaycanla müharibə olardı, mən mazoxistəm?

Bayramov Avstriyanın yeni səfiri ilə görüşdü

İlham Əliyev Sandunu təbrik etdi

Nepalda ölənlər arasında Azərbaycan vətəndaşları var?

Ankara və Təl-Əviv toqquşa bilər - Gözlər Bakıda...

Zelenski Azərbaycana təşəkkür etdi

Azərbaycandan Ermənistana 300 milyon dollar necə köçürülüb?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla