Yuxarı

1,7 hektar torpaq sahəsi 520 milyon dollara satıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
1,7 hektar torpaq sahəsi 520 milyon dollara satıldı

ABŞ-ın Florida ştatında, Mayaminin maliyyə bölgəsindəki sahil yaxınlığında yerləşən 1,7 hektar torpaq sahəsi 520 milyon dollara satılıb.

Axar.az Qaynarinfo-ya istinadla xəbər verir ki, bu, bölgənin tarixində ən böyük torpaq satışı olaraq qeydə alınıb.

Torpaq sahəsi "Apartment İnvestment & Management Co." tərəfindən "Oak Row Equities" şirkətinin qurucuları Erik Ratter və David Veytsin idarə etdiyi bir təşkilata satılıb. Sözügedən mülk maliyyə şirkətləri və yeni sakinlərin axını ilə son illərdə inkişaf edən Brikell məhəlləsinin mərkəzində yerləşir.

Şirkətin bəyanatına görə, torpaq üçün ödənəcək məbləğ bəzi maliyyələşdirmə şərtlərindən asılı olaraq 540 milyon dollara qədər arta bilər. Bu satış 2022-ci ildə milyarder Ken Qriffinə edilən 363 milyon dollarlıq rekord satışı geridə qoyur.

Yeni sahiblərin açıqlamasına görə, bu torpaq ultra lüks yaşayış komplekslərinin inşası üçün istifadə ediləcək. Ofis qülləsi və mənzil mülkünə ev sahibliyi edən bu sahə Biskayne körfəzi istiqamətində 148 metr uzunluğunda maneəsiz su mənzərəsinə sahibdir. Ərazidə 320 metr hündürlüyə qədər bir neçə qüllə tikmək üçün icazə mövcuddur.

Brikell məhəlləsi yüksək tələbatı və rəqabətli kirayə qiymətləri ilə tanınır. "CBRE Group Inc." tərəfindən yayımlanan hesabatda bölgədə ofis boşluq nisbəti 2023-cü ilin sentyabr ayı sonuna 11,9 faiz təşkil edib ki, bu da ABŞ üzrə orta göstəricidən (19 faiz) xeyli aşağıdır.

Torpaq alğı-satqısının 2024-cü ilin mart ayında tamamlanması planlaşdırılır.

Tarix
2025.01.01 / 15:23
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlandı - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla