Yuxarı

Tokayevdən qərar: Bu şəxslər ömürlük həbs ediləcək

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tokayevdən qərar: Bu şəxslər ömürlük həbs ediləcək

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev narkotik vasitələrin istehsalı və satışına görə cəzaları ömürlük həbs müddətinə qədər sərtləşdirən qanunu imzalayıb.

Axar.az xəbər verir ki, bu barədə Qazaxıstan liderinin Mətbuat Xidməti məlumat yayıb.

"Narkotik vasitələrin istehsalına, habelə vəzifəli şəxslər tərəfindən narkotik vasitələrin hazırlanmasına, emalına və istehsalına görə cinayət məsuliyyəti qanunla sərtləşdirilib. İndi bu cinayətlərə görə təqsirkar şəxslərə 15 ildən 20 ilədək müddətə azadlıqdan məhrumetmə və ya əmlakı müsadirə olunmaqla ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edilə bilər", - məlumatda bildirilib.

Qeyd edilib ki, qanunda cinayətkar qrupun tərkibində təhsil müəssisələrində, yetkinlik yaşına çatmayanlar arasında narkotik vasitələrin yayılması ilə məşğul olan şəxslərə qarşı əmlakı müsadirə olunmaqla 15 ildən 20 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutan sərt sanksiyalar saxlanılıb.

Qanunda həmçinin narkotik vasitələrin yayılmasına görə vəzifəli şəxslərin cinayət məsuliyyəti də sərtləşdirilib. Əgər əvvəllər bu cinayətlərə görə onları əmlakı müsadirə olunmaqla 10 ildən 15 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyirdisə, indi bu müddət əmlakı müsadirə olunmaqla 15 ildən 20 ilədək təşkil edir.

Tarix
2025.01.02 / 13:48
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan Rüstəm Behrudinin şeirini oxudu - Video

Mehdiyevdən sonra iki böyük vəzifəli şəxs həbs olunacaq

Leyla Əliyeva Şamaxı sakinlərinin qonağı oldu - Video

Gizir Xanıya şəhidlik statusu verildi

Qafan–İrəvan yolunda Azərbaycan bayrağı - Video

Türkiyə Gültəkin Hacıbəyli ilə bağlı qərarını verdi

Tibb müəssisələrində əlavə ödəniş tələbi ilə bağlı tapşırıq

Ermənistan sülhlə bağlı səmimi görünmür

Ərdoğan Naxçıvan sazişindən danışdı: Dönüş nöqtəsi...

AB iki Azərbaycan vətəndaşına sanksiya tətbiq etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla