Yuxarı

Suriyada azlıqların hüquqları pozularsa... - Fidan

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Suriyada azlıqların hüquqları pozularsa... - Fidan

Suriyada azlıqların hüquqları pozularsa, Türkiyə onların tərəfində olacaq.

Axar.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada belçikalı həmkarı Bernard Kvantenlə danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, Türkiyənin xarici siyasəti bir sıra prinsiplərə əsaslanır.

“Biz hakimiyyətin konkret addımlarına baxırıq. Keçmiş administrasiya dövründə, məsələn, sünni ərəblər təzyiqlərə məruz qalmışdılar. Biz onları qəbul etdik, həmişə təqib olunanların qarşısında qapılarımızı açdıq. Əgər gələcəkdə Suriyada hansısa qruplar, azlıqlar problemlərlə üzləşsələr və öz yerlərini tapa bilməsələr, biz eyni şəkildə davranacağıq. Bu, ələvilər, yezidlər, xristianlar və ya başqa qruplar ola bilər. Türkiyə onların müdafiəçisi və himayədarıdır".

Eyni zamanda o vurğulayıb ki, yeni Suriya administrasiyası ölkədəki bütün dini və sosial qrupların maraqlarının nəzərə alınması məsələsinə son dərəcə həssas yanaşır:

"Ümid edirəm ki, bu məsələdə heç bir mənfi hadisə baş verməyəcək. Amma əgər bu baş verərsə, prezidentimizin mövqeyi bu baxımdan qətidir. Biz təzyiq olunanların tərəfindəyik və onlarla həmrəy olacağıq".

O həmçinin bildirib ki, Türkiyə Suriyada heç kimin çətinlik çəkməməsi üçün səylər göstərir və hakimiyyətin konkret addımlarını izləyir.

Tarix
2025.01.02 / 20:14
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla