Yuxarı

NATO-Rusiya toqquşması Qafqaza çatdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
NATO-Rusiya toqquşması Qafqaza çatdı

ABŞ-ın Gürcüstanda keçirdiyi hərbi təlim NATO-nun Rusiyanın Qərb və Cənub hərbi dairələrində yeni diviziyalar yaradacağı ilə bağlı açıqlamasına cavabdır.

Axar.az xəbər verir ki, bunu Gürcüstan mətbuatına müsahibəsində hərbi ekspert Vaxtanq Maisaya söyləyib. Onun sözlərinə görə, NATO və Rusiya arasında başlayan soyuq müharibənin sərhədləri Gürcüstandan keçir:

"Novorosiysk və Krasnodarda yerləşən 7-ci desant divizasiyası hərbi əməliyyatlar zamanı Gürcüstana qarşı hücum üçün istifadə ediləcək. Üstəlik, Rusiya 8-ci diviziyasını Krım yarımadasında yerləşdirib. Bu isə Ukraynaya doğru istiqamətlənəcək. Rusiyanın Qərb Hərbi Dairəsində yaradacağı diviziya Baltikyanı və Polşaya istiqamətlənəcək. Gürcüstan və Ukrayna artıq NATO və Rusiyanın qarşıdurması nəticəsində yaranan yeni münaqişə ocaqlarıdır".

Qeyd edək ki, ABŞ-ın Gürcüstanda hərbi təlimi mayın 11-də başlayacaq. Moskva artıq buna etiraz edərək, Vaşinqtonun Qafqazda stabilliyi pozduğunu bildirib.

Tarix
2016.05.07 / 22:08
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla