Yuxarı

Bu məsələni Putinlə müzakirə etdik - Tokayev

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu məsələni Putinlə müzakirə etdik - Tokayev

Atom elektrik stansiyasının (AES) tikintisi üzrə konsorsiumun baş operatoru Qazaxıstan tərəfi olacaq.

Axar.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev AES-in tikintisi üzrə konsorsiumda hansı şirkətlərə üstünlük veriləcəyi barədə suala cavab verərkən bildirib.

Onun sözlərinə görə, bu məsələ Rusiya Prezidenti Vladimir Putinin Astanaya səfəri zamanı müzakirə olunub:

"Söhbət xaricdə atom stansiyalarının tikintisi üzrə yüksək səriştəyə və zəngin təcrübəyə malik "Rosatom" şirkətinin mümkün iştirakından gedirdi. Həmçinin mülki təyinatlı nüvə obyektlərinin tikintisində Çinin böyük uğurlarını nəzərə alaraq, Çin şirkəti ilə də danışıqlar aparılır. Qərb şirkətləri daxil olmaqla digər xarici korporasiyaların da marağı var".

Dövlət başçısı əlavə edib ki, cari ildə müsabiqə prosedurları keçiriləcək, bundan sonra hökumət yekun qərar qəbul edəcək:

"Əminəm ki, Qazaxıstana böyük güclü atom stansiyası lazımdır. Bundan əlavə, yaxın gələcəkdə ikinci, hətta üçüncü atom elektrik stansiyasının tikintisinə başlamağımızı istisna etmirəm. Nüvə sənayesi enerji çatışmazlığı ilə üzləşən iqtisadiyyatımızın inkişafına güclü təkan verəcək. Hesab edirəm ki, Qazaxıstan inkişaf etmiş nüvə energetikasına malik ölkəyə çevrilməlidir. Onun böyük gələcəyi var".

Tarix
2025.01.03 / 13:25
Müəllif
Axar.az
Digər xəbərlər

İranda hakimiyyətə Səfəvilər sülaləsi gəlsin - Buşun müavini

Prezidentdən bu nazirlə bağlı sərəncam

Zərbə hazırlıqları başladı - Arakçının zəngi nəyi dəyişəcək?

Fuad Qəhrəmanlı DTX-yə çağırıldı, məlum oldu ki...

Azərbaycanda bu 8 dövlət qurumu ləğv edildi

Solovyovun it kimi hürməsi... - Rubinyan

Bu ölkə səfirləri İran XİN-ə çağırıldı

Xameneiyə xatırlatma: Şah da etirazları qanla yatırmışdı

Bakı İsraildəki bu layihəyə 270 milyon yatıra bilər

Ququşdan iranlılara Pəhləvi ilə bağlı çağırış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla