Yuxarı

Şok ssenari: Dəniz səviyyəsi 1 metr qalxarsa...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şok ssenari: Dəniz səviyyəsi 1 metr qalxarsa...

Dəniz səviyyəsi bir metr qalxarsa, dünyanın ən böyük neft limanları su altında qala bilər.

Axar.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Quardian” qəzeti İsveç Beynəlxalq Kriosfer İqlim Təşəbbüsünün (ICCI) araşdırmasına istinadən məlumat yayıb.

Qeyd olunur ki, Çin, Niderland, BƏƏ, Koreya Respublikası, Rusiya, Səudiyyə Ərəbistanı, Sinqapur və ABŞ-da 13 liman risk altındadır.

Krallığın neftinin 98%-ni ixrac etdiyi Səudiyyə Ərəbistanındakı Ras Tannur və Yanbu limanlarının ən həssas olduğu bildirilir. ICCI hesabatına həmçinin Leninqrad vilayətindəki Ust-Luqa limanı, Texasın Hyuston və Qalveston limanları, Niderlandın Rotterdam, Qətərin Fujairah və Kaur Fakkan, Çinin Dalian, Ninqbo və Şanxay və Cənubi Koreyanın Kvanqyanq limanı daxil edilib.

Təşkilatın məlumatına görə, hazırda dəniz səviyyəsinin 1 metr qalxması qaçılmaz bir proses kimi görünür. Alimlərin fikrincə, karbon emissiyaları azalmasa, bu ssenari 2070-ci ilə qədər reallaşa bilər. Mütəxəssislər qeyd ediblər ki, bərpa olunan enerji mənbələrinə keçid qlobal istiləşmənin artmasının qarşısını almağa kömək edəcək.

Qeyd olunur ki, fəlakətli ssenaridə dəniz səviyyəsi 2100-cü illərin birinci yarısında üç metrə qədər yüksələ bilər.

Tarix
2025.01.04 / 20:07
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

İlham Əliyev Tokayevi Azərbaycana dəvət etdi

Həsən Həsənov Ramiz Mehdiyevlə bağlı sirləri açdı

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Prezidentlər Süni İntellekt Mərkəzində... - Foto

Qafarova və Simonyan nələri müzakirə etdi?

Əliyev Astanada: mühüm iclas keçirildi - Foto

Mehdiyevin həbsi ilə bağlı diqqətçəkən məqam...

Azərbaycan-Qazaxıstan sənədləri mübadilə olundu

Orta güc strategiyası: Əliyevin Astana səfərinin hədəfləri...

Astanada Heydər Əliyevin ən sevdiyi mahnı... - Video

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla