Yuxarı

Müharibəni bitirmək üçün mümkün olan hər şeyi edirəm

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Müharibəni bitirmək üçün mümkün olan hər şeyi edirəm

Ukrayna bu il müharibəni bitirmək üçün mümkün olan hər şeyi edir. Müharibənin dayandırılması Ukrayna və onun tərəfdaşlarının ümumi məqsədidir.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Vladimir Zelenski Almaniyada "Ramştayn" formatında keçirilən iclasda çıxışı zamanı bildirib.

"Bu il müharibənin Ukrayna və bütün Avropa üçün ləyaqətli şəkildə başa çatması naminə mümkün olan hər şeyi edirəm. Və bilirəm ki, sizin dəstəyinizə güvənə bilərəm. Hamımız yadda saxlamalıyıq ki, müharibənin dayandırılması Rusiyanın yox, bizim ümumi məqsədimizdir - bunu ukraynalılar, avropalılar, amerikalılar və bir çox qlobal tərəfdaşlarımız istəyir", - Zelenski vurğulayıb.

O, həmçinin qeyd edib ki, Yaponiya, Səudiyyə Ərəbistanı və Argentina kimi ölkələr də Ukraynaya sülh arzulayır.

Ukrayna prezidenti hesab edir ki, Rusiyanın 2025-ci il üçün hərbi büdcəsi ötənilki büdcədən 25% çox olduğu üçün onun bütün enerji sektoruna qarşı sanksiyalar tətbiq edilməlidir.

Tarix
2025.01.09 / 17:41
Müəllif
Axar.az
Digər xəbərlər

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Qardaşım İlham Əliyevi səmimiyyətlə qucaqladım və...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla