Yuxarı

İrəvanın şansı Ankaradan qat-qat çoxdur - Solonnikov

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvanın şansı Ankaradan qat-qat çoxdur - Solonnikov

Bu vəziyyətdə Türkiyə ilə Ermənistanı müqayisə etməzdim: nə iqtisadiyyat baxımından, nə əhali baxımından, nə də AB standartlarına uyğunlaşmaq üçün lazım olan resurslar baxımından.

Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Dmitri Solonnikov Kremlin sözçüsü Dmitri Peskovun “Türkiyə onilliklərdir ki, AB-yə daxil olmaq istəyir, amma buna imkan vermirlər, AB Ermənistanla da eyni yolu tuta bilər” sözlərini şərh edərkən deyib.

“Ermənistanın AB-yə daxil olmaq şansı Türkiyədən qat-qat çoxdur. Niyə? Çünki Qərb Türkiyədən qorxur. Türkiyə iqtisadiyyatdır. Ermənistan kiçikdir və heç kim onun AB-yə daxil olmasının fərqinə varmayacaq. Onun AB ilə ortaq sərhədi belə yoxdur. Amma Ermənistanın hesabına uzaq Cənubi Qafqazda özünün “müdaxilə anklavını” əldə etmək müəyyən Qərb qüvvələri üçün sərfəlidir. Bu məqsədlə Ermənistanın AB-yə daxil olması üçün sürətləndirilmiş prosedur başlaya və İrəvan AB-yə kifayət qədər tez qəbul oluna bilər. Bu mövqeyi Fransa Prezidenti Emmanuel Makron irəli sürəcək. Düzdür, Makronun bu il və ya ondan sonrakı illərdə, xüsusən də 2027-ci ildə prezident seçkiləri təyin olunduğu zaman necə sağ qalacağı məlum deyil”, - o bildirib.

Tarix
2025.01.10 / 14:08
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Prezidentin səhifəsində Ərdoğanla bu fotosu paylaşıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla