Yuxarı

Hərbi toqquşma olarsa, ABŞ İrəvana yardım edəcək?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hərbi toqquşma olarsa, ABŞ İrəvana yardım edəcək?

Ermənistanın siyasi rəhbərliyi əmindir ki, Rusiyanın Ermənistana daha çox ehtiyacı var, buna görə də İrəvan hərbi-siyasi əməkdaşlıqda Qərbə stavka edir, eyni zamanda iqtisadiyyatda Aİİ ilə əlaqələri saxlayır.

Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq, Cənubi Qafqaz üzrə ekspert Artur Atayev deyib.

“Ermənistan hazırda Hərbi Gürcüstan Yolu ilə Rusiyadan istehlak mallarının 70%-ə qədərini alır. Ermənistan və ABŞ arasında əməkdaşlığın dərinləşməsi Moskva və İrəvan arasında qarşılıqlı əlaqələrin xarakterini köklü şəkildə dəyişəcək”, - Atayev bildirib.

Ekspertin sözlərinə görə, Rusiya çətin ki, Ermənistana qarşı sanksiyalar tətbiq etsin, əksinə, hərbi-texniki əlaqələrinə əhəmiyyətli dərəcədə yenidən baxacaq:

“Faktiki olaraq Moskva artıq NATO-nun digər üzvü olan Fransadan həmin ölkəyə hərbi texnikanın tədarükü səbəbindən İrəvanla hərbi əməkdaşlığını tədricən məhdudlaşdırır. ABŞ isə Türkiyə ilə münasibətləri korlamamaq üçün çətin ki, bundan nümunə götürsün. Ona görə də Ermənistan-ABŞ tərəfdaşlığı qonşu Gürcüstanda olduğu kimi, nümayişkaranə birgə hərbi təlimlərlə məhdudlaşacaq”.

Atayev qeyd edib ki, Ermənistanla Azərbaycan arasında hipotetik hərbi toqquşma olarsa, Vaşinqton böyük ehtimalla Türkiyəyə görə İrəvana ciddi yardım göstərməkdən imtina edəcək.

Tarix
2025.01.15 / 13:57
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

Prezidentə təbriklər davam edir

“Şanlı zəfərin Böyük Qayıdış mərhələsi” tədbiri keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla