Yuxarı

Hələbdəki türk konsulluğu bu tarixdə işə başlayır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hələbdəki türk konsulluğu bu tarixdə işə başlayır

Suriya ilə bağlı sanksiyalar ləğv edilməlidir. Bu, ölkədə normallaşma prosesini sürətləndirəcək. 12 illik fasilədən sonra ötən ay Türkiyənin Dəməşqdəki səfirliyi açıldı. Hələbdəki Baş konsulluğumuz isə yanvarın 20-də fəaliyyətə başlayacaq.

Axar.az xəbər verir ki, bu fikirləri xarici işlər naziri Hakan Fidan Türkiyədə səfərdə olan Suriyadakı yeni hökumətin xarici işlər naziri Əsəd Həsən əş-Şeybani ilə mətbuata birgə açıqlamasında bildirib.

Yeni Suriyada PKK/YPG və İŞİD kimi terror təşkilatlarına yer olmadığını vurğulayan Hakan Fidan deyib:

“Suriya hakimiyyətinə İŞİD-lə mübarizə mövzusunda əməliyyat dəstəyi təklif etdik. Kəşfiyyat məlumatlarının paylaşılmasından hərbi iştiraka qədər bu sahədəki imkanlarımızı istifadə etməyə hazırıq. Yeni hökumətin terrorla mübarizə sahəsindəki əzmkarlığından məmnunuq. Suriyada yeni bir səhifə açılıb. Ölkənin yeni rəhbərliyi və dünya ictimaiyyətinin bu fürsətdən düzgün istifadə etməsi vacibdir. Suriyada bütün dini, etnik və məzhəb qruplarının artıq qucaqlaşmalarının vaxtı çatıb”.

Tarix
2025.01.15 / 23:21
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla