Yuxarı

Tramp Putinə bu zərəri ödətdirə bilər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tramp Putinə bu zərəri ödətdirə bilər

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp Ukraynanın yenidən qurulması xərclərini Rusiyaya ödədə bilər.

Axar.az xəbər verir ki, bu barədə Huver İnstitutunun baş elmi işçisi Nil Fergüson və Tafts Universitetinin professoru Kris Miller “Voll Strit Jurnal”dakı məqalələrində bildirib.

“ABŞ vergi ödəyiciləri üçün daha az xərclə Avropanı təhlükəsiz saxlamağın açarı Avropa bank hesablarında ola bilər. Qərb Rusiyanın 300 milyard dollara yaxın valyuta aktivlərini dondurdu, lakin Avropanın inadkarlığı bu vəsaitlərin Ukraynaya müharibənin vurduğu ziyanı kompensasiya etmək üçün istifadə olunmasına mane oldu. Yeni seçilmiş Prezident Tramp Ukraynanın yenidən qurulmasını və gələcək silah alışlarını maliyyələşdirmək üçün Kremlin ehtiyatlarını səfərbər etməkdə israr etməlidir”, - müəlliflər qeyd edib.

Dünya Bankının məlumatına görə, Rusiya Ukraynaya 150 milyard dollardan çox birbaşa ziyan vurub və 500 milyard dollara yaxın iqtisadi itki verib.

Miller və Fergüsona görə, həll yolu dondurulmuş Rusiya aktivlərindən istifadə etməkdir:

“Tramp administrasiyasının daha yaxşı razılaşma əldə etmək üçün unikal imkanları var. Putinin pullarının onun təcavüzünün qurbanlarına verilməsindən Atlantik okeanının hər iki tərəfi faydalanacaq, nə qədər tez, bir o qədər yaxşıdır”.

Tarix
2025.01.17 / 18:00
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Emin ondan ev istəyən idmançıya görün nə hədiyyə etdi - Video

Paşinyanın İsrailin "erməni soyqırımı"nı tanımasına cavabı

Tədrisin rəqəmsallaşdırılması nəzərdə tutulur - Nazir

Misir Mərdanovdan nazirin qərarına reaksiya

DB buna görə Bakıya 410 milyon ayıracaq

Rusiyadan İrəvan və Bakıya “mesaj”: Nikol tələsməlidir

Azərbaycan və Rusiya gömrükçüləri sərhəddə görüşdü

MM-dən bəyanat: Korsika xalqının əzmi, qətiyyəti...

Azərbaycanda Milli Məlumat Hövzəsi yaradılıb

Mehriban Əliyevanın sədrliyi ilə bu şuranın ilk iclası keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla