Yuxarı

Tramp ailəsi ilə birlikdə Vaşinqtona getdi - Hazırlıq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tramp ailəsi ilə birlikdə Vaşinqtona getdi - Hazırlıq

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp andiçmə mərasimi üçün ailəsi ilə birlikdə Vaşinqton şəhərinə gedib.

Axar.az xəbər verir ki, bu barədə “CBS Nyus” məlumat yayıb.

Məlumata görə, Tramp həyat yoldaşı və oğlu ilə birlikdə Florida ştatının Palm-Biç beynəlxalq hava limanında yerli vaxtla saat 17:30-da təyyarəyə əyləşib.

Məlumata görə, Trampın andiçmə mərasimində musiqiçilər Kerri Andervud, Billi Rey Sayrus, Ceyson Oldin, “The Village People” disko qrupu, reper Nelli və bir sıra məşhurlar iştirak edəcək.

Bundan başqa, milyarder İlon Mask, “Amazon”un təsisçisi Ceff Bezos, "Meta"nın baş direktoru Mark Zukerberq, Tiktokun baş direktoru Şou Zi Çunun da mərasimə qatılacağı bildirilib.

Qeyd edək ki, ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın andiçmə mərasimi yanvarın 20-də baş tutacaq.

Tarix
2025.01.19 / 13:26
Müəllif
Axar.az
Digər xəbərlər

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

Asiya ölkələri ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Vyetnama nə satıb, nələr almışıq?

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

Bu ölkənin Azərbaycanda səfirliyi açılacaq

Ukraynada həbsdə olan Misir Qasımlı azad edilir?

Kestutis Budris Azərbaycana gəlir

İlham Əliyev Ho Şi Minin məqbərəsini ziyarət etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla