Yuxarı

Qəzzada atəşkəs qüvvəyə mindi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qəzzada atəşkəs qüvvəyə mindi

Qəzza zolağında birinci mərhələdə təxirə salınan atəşkəs rejimi Bakı vaxtı ilə 13:15-də qüvvəyə minib.

Axar.az xəbər verir ki, bu barədə İsrail Baş naziri Benyamin Netanyahunun ofisi azad edilməli olan girovların siyahısını aldıqdan sonra məlumat yayıb.

Məlumata görə, atəşkəs rejimi səhər 08:30-da qüvvəyə minməli idi. Lakin HƏMAS-ın bu gün azad ediləcək üç girovun adını açıqlamaması səbəbindən təxirə salınmışdı.

Səhər saatlarından isə İsrail ordusu Qəzzanı atəşə tutub. Zərbələr nəticəsində 13 nəfərin öldüyü, 25 nəfərin isə yaralandığı barədə məlumat verilib.

Qeyd edək ki, İsrail Baş naziri Benyamin Netanyahu atəşkəs razılaşması qüvvəyə minməyənə qədər ordudan əməliyyatları dayandırmamağı tələb etmişdi.

Tarix
2025.01.19 / 13:58
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident İtaliya Nazirlər Şurası sədrinin müavinini qəbul etdi

Batum sazişində Ermənistan ərazisi bu qədər idi

Paşinyan yeni Konstitusiya ilə bağlı xalqa müraciət etdi

Vyetnamla əlaqələr gələcəyə hesablanıb...

Uğurlarımızın təməlində dayanan fəlsəfə... - Prezident

Ermənistanda Konstitusiya layihəsi dərc olundu - Mühüm detal

Amerikalı nazir Zəngəzur dəhlizindən danışdı: İşə düşsə...

İtaliyanın XİN rəhbəri Azərbaycana gəldi

İlham Əliyev ABŞ-ın daxili təhlükəsizlik nazirini qəbul etdi

Vyetnamla Azərbaycan arasında imzalanan bu sənəd...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla