Yuxarı

Dünyanın ən bahalı şam yeməyi: Tramp üçün nə qədər ödənilib?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dünyanın ən bahalı şam yeməyi: Tramp üçün nə qədər ödənilib?

Trampın andiçmə mərasimi ərəfəsində ənənəvi bazar günü şam işığında şam yeməyi dünyanın ən bahalı yeməyi olub.

Axar.az xəbər verir ki, bu barədə “Bild” nəşri yazıb.

Bildirilib ki, Vaşinqtondakı Milli Qalereyada olmaq istəyənlər bu hüquqa görə andiçmə mərasiminə ianə şəklində ən azı bir milyon dollar ödəyiblər. Bununla belə, boş yer olmayıb.

Trampın şam yeməyində seçilmiş qonaqlar arasında İlon Mask və Ceff Bezos və həyat yoldaşı Lauren Sançes də yer alıb. İctimai xadimlər və biznes liderləri Trampın və ya onun həyat yoldaşı Melaniyanın diqqətini çəkmək və ya ən azı prezidentin övladları kiçik Donald və Erik ilə qısaca ünsiyyət qurmaq üçün axın ediblər.

Şam yeməyindən əldə olunan gəlirin 200 milyon dollardan çox olduğu iddia edilir. Trampın ilk andiçmə mərasimində isə “giriş biletləri” yarı qiymətə – 500 min dollara olub. Hökumətlə iş görmək istəyən iri iş adamları arasında bu, yaxşı investisiya hesab olunur.

Axşamın sonunda Donald Tramp həyat yoldaşı Melaniyanın müşayiəti ilə səhnəyə çıxıb:

“Bu, əla gün oldu, sabah isə daha bir gözəl gün olacaq. Sabah millətimizi xilas etməyə və Amerikanı yenidən möhtəşəm etməyə başlayacağımız gündür”.

Tarix
2025.01.20 / 22:08
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev BƏƏ-nin vitse-prezidentinə başsağlığı verdi

Mansur Yavaş CHP-dən istefa verdi

Rusiya bu qərarlarımıza hörmət etməlidir - İrəvan

Azərbaycan İrəvanda planlaşdırılan görüşü təxirə saldı

Prezident iki səfiri qəbul etdi - Foto

Ermənistanın “ən məxfi qadını” Bakıya gəldi - O kimdir?

Prezident Martin Rayanı əfv etdi

İham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik etdi

Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı - Foto

Paşinyan TRİPP-dən danışdı: Azərbaycanla bağlı detal

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla