Yuxarı

Dugindən Putinə: Lenini ordan çıxart, özünə yer düzəlt

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dugindən Putinə: Lenini ordan çıxart, özünə yer düzəlt

Rusiya Prezidenti Vladimir Putinə Lenini mavzoleydən götürməyi və orada əsl imperatora yer açmağı təklif edilib.

Axar.az Rusiya Teleqram kanallarına istinadla xəbər verir ki, sözügedən təklif rusiyalı filosof və ideoloq Aleksandr Dugin tərəfindən edilib.

“Mən artıq bir dəfə yazmışdım ki, Putinə inam İmperatora inam kimidir. İnanıram ki, imperatorumuzun Rusiya tarixindəki rolunu müqəddəs edəcək bir sıra atributlar - gələcək dəfn yeri, müasir Böyük Rusiyanın bütün uğurları üçün ibadət yeri yoxdur. Artıq Putinin mavzoleyinə sitayiş etmək mümkün olacaq. Vladimir Vladimiroviç vəfat etdikdə, onun tabutunda növbələr yaranacaq. Qarşıdakı illərdə, onilliklərdə fəth edəcəyimiz Avropa dövlətlərinin bayraqlarını, düşmənlərdən alınan Qərb tanklarını bura gətirəcəyik”, - Dugin bildirib.

Məlumata görə, Kremldəki mənbələr Duginin belə bir təklif irəli sürdüyünü təsdiq ediblər.

“Bu təklif iki reaksiyaya səbəb olub. Bir tərəfdən Prezident Administrasiyasında bu təklifə gülüblər və bildiriblər ki, Putin hələ çox yaşayacaq. Digər mənbələr bildiriblər ki, Putin Leninin cəsədinin mavzoleydən çıxarılmasını çoxdan istəyir. İndi bu proses tezləşdirilə bilər”, - məlumatda vurğulanıb.

Tarix
2025.01.26 / 12:50
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

Azərbaycan, Türkiyə və daha 3 türk ölkəsi razılığa gəldi

Türkiyədən Azərbaycana dəstək aksiyası - Foto

Türkiyə XİN Azərbaycanı təbrik etdi

Mehriban Əliyeva 18 oktyabrla bağlı paylaşım etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla