Yuxarı

Moskvada partlayış: Sərkisyan öldü - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Moskvada partlayış: Sərkisyan öldü - Video

11:57

Moskvanın şimal-qərbindəki 29 mərtəbəli yaşayış kompleksində partlayış baş verib.

Axar.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Məlumata görə, partlayıcı qurğunun işə düşməsi nəticəsində 1 nəfər ölüb, 4 nəfər isə yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

***

Moskvada “Alıye Parusa” elit yaşayış kompleksində partlayış nəticəsində ölən şəxsin Ukraynada döyüşən “Arbat” (erməni batalyonu - red.) batalyonunun yaradıcısı, "dxr"in "boks federasiyası"nın prezidenti Armen Naqapetoviş Sərkisyanın mühafizəçisi olduğu bildirilib. Armen Sərkisyan isə ağır yaralanıb.

Bu barədə TASS operativ xidmətlərə istinadla məlumat yayıb.

“Sərkisyan ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Onun mühafizəçisi ölüb”, - məlumatda qeyd olunub.

***

Armen Sərkisyan reanimasiyada ölüb.

Bu barədə “Maş” Teleqram kanalı məlumat yayıb.

Tarix
2025.02.03 / 14:23
Müəllif
Axar.az
Digər xəbərlər

Bu mərkəzə yeni direktor təyin olundu

Bayramov və Fidan arasında telefon danışığı oldu

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

Sahibə Qafarova bu türk ölkəsinə getdi

Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan

Bayramovla ABŞ rəsmisi arasında kritik görüş

Kvrivişvili İlham Əliyevlə görüşündən danışdı

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

Azərbaycan və Gürcüstan hərbi əməkdaşlığı müzakirə etdi

Paşinyan Azərbaycanla delimitasiya prosesindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla