Yuxarı

Mask Trampın seçilməsi üçün nə qədər xərcləyib?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mask Trampın seçilməsi üçün nə qədər xərcləyib?

Dünyanın ən varlı adamı, amerikalı milyarder İlon Mask keçən il ABŞ-nin yeni Prezidenti Donald Tramp və müttəfiqlərini dəstəkləmək üçün 290 milyon dollardan çox pul xərcləyib.

Axar.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu, Maskın 2024-cü ilin son beş həftəsini əhatə edən ABŞ Federal Seçki Komissiyasına yeni sənədlər təqdim etməsindən sonra üzə çıxıb.

Dekabr ayında açıqlanan əvvəlki sənədlərdə Maskın xərcləri 250 milyon dollardan çox olub.

Həmçinin iş adamının son sənədləri onun PAC-a (ABŞ Siyasi Fəaliyyət Komitəsi) Yeni il ərəfəsində “petisiya təşviqləri” üçün 11 milyon dollardan çox pul yatırdığını göstərən qeydləri də əhatə edir.

CNN xəbər verir ki, Maskın ilsonu töhfələri prezidentlik yarışının son həftələrində PAC-ın saytında petisiya imzalamaq üçün qeydiyyatdan keçmiş seçicilərə 1 milyon dollarlıq hədiyyə ilə bağlı olub.

Tarix
2025.02.03 / 15:31
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla